Sepah-ın ABŞ bazasına hücumundan sonra şəhid Süleymaninin cənazəsi torpağa tapşırıldı  - FOTO

Sepah-ın ABŞ bazasına hücumundan sonra şəhid Süleymaninin cənazəsi torpağa tapşırıldı - FOTO

Şəhid Qasim Süleymani  (Həsən oğlu) və Hüseyn Purcəfərinin  (Məhəmməd oğlu) cənazəsi Kirman şəhərinin Şəhidlər Gülzarı qəbristanlığında bu gün torpağa tapşırılıb. 
 
Maide.Az “xəbər verir ki, bundan öncə dəfn mərasiminin təşçkilatçı komitəsinin sədri Mehdi Sedqi dəfn mərasimində izdihamın həddən artıq olduğu üçün mərasimin təxirə salındığını demişdi.  
 
İzdiham azaldıqdan, məğrib namazından sonra şəhidlərin cənazəsi dəfn yerinə gətirilib.  
 
Bildirilir ki, İran şəhid Qasim Sülymaninin qisasını almaq məqsədilə ABŞ  bazalarına raket zərbələri endirib.  Raket zərbələri iranlı general Qasim Süleymaninin öldürüldüyü saatda həyata keçirilib. 
 
Sepah elan edib ki, bu hücum  şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"sının ilk mərhələsidir.  Qeyd olunur ki, raket zərbələrinin ardınca  məsul şəxslər və  bir qrup Kirman sakinin iştirakı ilə şəhidlərin nəşi torpağa tapşırılıb. 
 
Qeyd edək ki,  ötən gün Kirmanda şəhid Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 65 nəfər ölüb, 190-dan çox insan xəsarət alıb. 
 
Xatırladaq ki, ABŞ-ın törətdiyi terror nəticəsində şəhid olan Qasim Süleymani, Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlər Nəcəf və Kərbəla şəhərlərində müqəddəs hərəmləri dövr etdirildikdən sonra Xuzestan əyalətinə gətirilib, ardınca Məşhədə və oradan Tehrana aparılıb. Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətilə şəhidlərə cənazə namazı qılınıb.  Milyonların iştirakı ilə vida yürüşü təşkil edilib.  Dünən isə  şəhidlərin cənazələri  Qum şəhərində olub.  Xanım Məsumə (s) və Cəmkəran məscidinə aparılıb.  İslamın böyük alimləri və mərcəe-təqlidlərin və milyonların iştirakı ilə vida mərasimi keçirilib.
 

Google+ WhatsApp ok.ru