Serbiyada hərbi təyyarə qəzaya uğrayıb

Serbiyada hərbi təyyarə qəzaya uğrayıb

Serbiyada hərbi təyyarə qəzaya uğrayıb.
 
Maide.Az-ın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, yerli vaxtla saat 09:00 radələrində müntəzəm uçuş tapşırığı həyata keçirən Serbiya Hava Qüvvələrinə məxsus MiQ-21 Mali-Zvornik şəhərinin yaxınlığındakı Brasina kəndinin ətrafında qəzaya uğrayıb.
 
Yerli mətbuatın yazdığına görə, təyyarədə iki pilot olub. Sosial şəbəkələrdə bildirilib ki, hər iki pilot həyatını itirib. 
 
Hadisə yerinə yanğınsöndürənlər və polislər cəlb olunub.
 

Google+ WhatsApp ok.ru