Serbiyada Srebrenitsa qətliamında iştirak edən 7 nəfər həbs edilib

II dünya müharibəsindən sonra Avropada ən dəhşətli qətliam olan Srebrenitsa soyqırımında şübhəli bilinən 7 nəfər Serbiya polisi tərəfindən həbs edilib. 
Maide.az xəbər verir ki,1995-ci ildə Bosnyada törədilən soyqırım işi üzrə istintaqın gözlənilən həbslərindən biri həyata keçirilib. Bu məlumatı prokuror Bruno Vekariç bəyan edib.
O, əlavə edib ki, həbs edilənlər soyqırım cinayətinin birbaşa törədməkdə şübhəli bilinənlərdir.
Qeyed edək ki, 1995-ci ildə Bosniyada Srebrenitsa şəhərində general Radko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilən serb ordusu tərəfindən törədilib.Soyqırım zamanı yaşları 13-75 yaş arası olan 8000-dən artıq bosniyalı müsəlman qətlə yetirilib. Öldürülənlər arasında qadın və uşaqların da olması sənədlərlə sübuta yetirilib. /
 
 
 

Google+ WhatsApp ok.ru