Sergey Lavrov: `Dağlıq Qarabağ məsələsinin həllinə mərhələli yanaşma lazımdır`

Sergey Lavrov: `Dağlıq Qarabağ məsələsinin həllinə mərhələli yanaşma lazımdır`

-- Bu məsələni bir sənədlə birdəfəlik həll etmək mümkün deyil .

"Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Şadıq ki, ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər". 
 
Maide.Az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
 
S. Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın: "Bu siyasi həllə keçməyə də kömək edər. Bu məsələni bir sənədlə birdəfəlik həll etmək mümkün deyil . Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Yəni iş tərəflərin üzərindədir”.
 
"Azərbaycan ilə strateji tərəfdaşlığımızdan çox razıyıq", - diplomat bildirib.
 
Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr prezidentlər və nazirlər arasında olan sıx dialoqa əsaslanır.
 
Rusiya XİN başçısı həmçinin qeyd edib ki, tərəflər müntəzəm tədbirlər, o cümlədən humanitar xarakterli tədbirlər keçirir, qarşılıqlı ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlıq planını müəyyənləşd

 

Google+ WhatsApp ok.ru