Sergey Lavrov: 'Paşinyanın bəyanatları nizamlanma prosesinə mane olur'

Sergey Lavrov: 'Paşinyanın bəyanatları nizamlanma prosesinə mane olur'

Sentyabrın 23-də Moskvada Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın RF XİN rəhbəri Sergey Lavrovla görüşü olub.

 
Əsasən Ermənistan-Azərbaycan münaqişəsinə aid olan söhbət zamanı S.Lavrov deyib ki, Ermənistanın baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu barədə Milli Məclisin görüş barədə rəsmi məlumatında deyilir. 
 
Mənbənin məlumatına görə, S.Lavrov daha sonra deyib ki, o, Moskvanın rəsmi mövqeyini ifadə edir. Rusiya  Qarabağ ətrafında 5 rayonun azad edilməsinin, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.