Sergey Lavrov: Rusiya düşmən axtarmır

Rusiya düşmən axtarmır və əməkdaşlıqda maraqlı olanlarla münasibətləri inkişaf etdirməyə hazırdır. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın "Limes" jurnalına müsahibəsində deyib.
 
Nazir hesab edir ki, dünyanı "yaxın" və "yad" ölkələrə bölmək prinsipi beynəlxalq vəziyyəti ancaq gərginləşdirir.
 
S.Lavrov vurğulayıb ki, müstəqil xariçi siyasi kursunu apararaq, Rusiya qarşılıqlı maraq göstərən bütün ölkələrlə geniş əməkdaşlığın inkişafına birmənalı şəkildə hazırdır: "Prezident Vladimir Putin dəfələrlə bəyan edib ki, biz düşman axtarmaq yolu ilə heç vaxt getməyəcəyik".
 
Nazir deyib ki, ABŞ və Qərbdəki digər ölkələrin "yaxın" və "yad" prinsipinə bölmək istəyi nəinki mövcud olan problemləri həll etmir, hətta beynəlxalq məsələlərdə gərginlik yaradır. O bunun bariz nümunəsi kimi Yaxın Şərq və Şimali Afrikadakı vəziyyəti qeyd edir.

Google+ WhatsApp ok.ru