Sergey Lavrov Fələstin nümayəndəsini qəbul edib

"İsraillə Fələstin arasında Misirin vasitəçiliyi ilə keçirilən danışıqlar tərəflər arasında uzunmüddətli atəşkəsə dair razılığa gətirib çıxarmalıdır."  Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada Fələstinin işğalçı İsrail rejimi arasındakı danışıqlardakı nümayəndəsi Saeb Ərəkatla görüşündə deyib.

Rusiyalı nazir Qəzza zolağındakı vəziyyətin Moskvanı çox narahat etdiyini bildirib. «Danışıqlar hələ davam edir və uzunmüddətli atəşkəsə nail olunacağına əminik.» - deyə, Serqey Lavrov qeyd edib.

Rusiyalı nazir həmçinin vurğulayıb ki, Qəzza zolağında atəşkəsin əldə edilməsi ümumilikdə Fələstin və sionist rejim münaqişəsinin də həlli üçün yaxşı zəmin yarada bilər və Rusiya bunun üçün təşəbbüs göstərəcək.

Google+ WhatsApp ok.ru