Sergey Markov: `Türkiyə Avropa deyil, Avrasiya İttifaqına qoşularaq güclənə bilər`

Antalya Universiteti tərəfindən Beynəlxalq Elmi İnkişaf və Əməkdaşlıq İnstitutu və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu ilə birgə təşkil olunan "Üçüncü Rus-Türk İntellektuallar Görüşü" başa çatıb.
 
Maide.az xəbər verir ki, iki ölkədən 40 politoloq, diplomat və alimin iştirak etdiyi toplantıda Rusiya prezidenti Vladimir Putinin sözçüsü Sergey Markov qlobal arenada özünə yer axtaran bu iki güclü ölkənin yeni modeldə birləşməsi lazım olduğunu söyləyib.
 
Markov, Türkiyənin Avropa deyil, Avrasiya İttifaqına qoşularaq güclənəcəyini vurğulayıb.
 
Gürcüstan, Azərbaycan, o cümlədən Qafqaz ölkələrinin də içində olacağı Avrasiya Birliyinin Avropa Birliyi ilə toqquşan, ona qarşı duran quruluşda olmayacağına diqqət çəkən Markov, bu qurumun kiçik Avropa kimi görülməməsi lazım olduğunu vurğulayıb.
 
Popov, "Avropa Birliyi gəldiyimiz nöqtədə əhali olaraq qocalan, müsəlman cəmiyyəti sosial və iqtisadi həyata inteqrasiya etməyə nail olmamış, miqrasiya məsələsində insani addımlar atmayan mövqedədir. Bu baxımdan nüfuz və güc itirən və təəssüf ki, Aralıq dənizini "müsəlman qəbiristanlığı" kimi görən bir quruluşdadır. Bütün bunlar Rusiya və Türkiyənin önünə də ciddi problemlər yaradır. Bu səbəbdən başqa bir sistemə və modelə keçilməsi region ölkələri üçün böyük əhəmiyyət daşıyır", - deyə danışıb.

Google+ WhatsApp ok.ru