Sergey Şoyqu: “Rusiya S-300 Suriyaya təhvil verdi”

Sergey Şoyqu: “Rusiya S-300 Suriyaya təhvil verdi”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyadakı Rusiya əsgərlərinin təhlükəsizliyini artırmaq məqsədilə Suriya hökumətinə S-300 havadan müdafiə sistemlərindən 49 ədəd avadanlığın təhvil verildiyini bildirib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Şoyqu Rusiyanın prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi iclasda çıxış edərək belə deyib: "Dövlət başçımızın sərəncamı əsasında əvvəlcə Suriyadakı Rusiya əsgərlərinin təhlükəsizliyini artırmaq məqsədilə bu ölkədəki havadan müdafiə sistemlərini gücləndirmək istiqamətində bir sıra fəaliyyəti həyata keçirdik. S-300 sistemlərinin təhvil verilməsini başa çatdırdıq. Aydınlatma detektorları, əsas qəbul etmə sistemləri, nəzarət maşınları və 4 ədəd atma qurğusundan ibarət ümumilikdə 49 ədəd avadanlığın verilməsi tamamlanıb".
 
Rusiyalı general təhvil verilmə işlərinin 1 gün əvvəl tamamilə başa çatdığını açıqlayıb.
 
Şoyqu Suriya əsgərlərinin 3 ay ərzində Suriyaya təhvil verilən S-300 havadan müdafiə sistemlərini istifadə etmək üçün təlim keçəcəyini bildirib.
 

Google+ WhatsApp ok.ru