Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib 20 Oktyabr 2018 09:57 Dünya Üç ildə aparılan əməliyyatlar zamanı 87,5 mindən çox yaraqlı öldürülüb Suriyada üç il ərzində Rusiyanın dəstəyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının dəstələri tamamilə darmadağın edilib. Maide.az “Report”-a istinadən xəbər verir ki, bunu şənbə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin V müşavirəsində çıxışı zamanı deyib. "Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və Suriyanın 95 faizdən çoxu azad edilib", - deyə o bildirib. Müdafiə naziri qeyd edib ki, Rusiya Hava-Kosmik Qüvvələri Suriya hərbi kampaniyası müddətində 40 mindən çox döyüş uçuşu edib və terrorçuların 122 min obyektini sıradan çıxardıb. "Biz Suriyada zəngin döyüş təcrübəsi topladıq və onu bölüşməyə hazırıq", - deyə nazir əlavə edib. Şoyqu BMT-nin statistikasını sitat gətirərək bildirib ki, müharibə səbəbindən Suriyanı 7 milyona yaxın insan tərk edib. Bundan əvvəl İŞİD terrorçularının Suriyada 700 nəfəri girov götürdüyü xəbər verilmişdi. Teqlər : #Sergey,#Şoyqu:,#İŞİD,#Suriyada,#tamamilə,#darmadağın,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyədə Bin-Salmanın alternativi olaraq Əhməd bin Əbdüləzizin ətrafında toplaşma var – KİV Livanda yeni hökumətin tez bir zamanda qurulacağı açıqlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO