Sergey Şoyqu: `Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə hazırdır`

Sergey Şoyqu: `Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə hazırdır`

Suriya böhranının həlli ilə bağlı Moskva Bəyannaməsinin mətni hazırlanır."
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
 
Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə hazırdır.
 
S.Şoyqu iranlı həmkarı Hüseyn Dehqan ilə görüşündə vurğulayıb ki, ekspertlər Suriya böhranının həlli üzrə təcili addımlar barədə Moskva Bəyannaməsinin mətni üzərində işləyirlər: "Bu, çox mühüm sənəddir. ABŞ və ya onun tərəfdaşlarının birgə tədbirlər barədə razılığa gəlinməsi üzrə əvvəlki cəhdləri uğursuzluğa məhkum olub. Çünki onların heç biri "yerdə" vəziyyətə real təsirə malik olmayıb."

Google+ WhatsApp ok.ru