Seriallarda daha bu görüntülər də olmayacaq

Seriallarda daha bu görüntülər də olmayacaq

-- Türiyə siqaret çəkmə nisbətini 2023-ə qədər 25 %-ə endirməyi planlaşdırır

Türkiyə Səhiyyə Nazirliyi tütünlə mübarizədə yeni addımlar atır.
 
Maide.Az Türkiyə KİV-nə istinadən bildirir ki, əhalinin 32 %-inə qədər çıxan siqaretdən istifadə hallarının azalması üçün serial və filmlərdə blur edilən siqaret görüntülərinə də icazə verilməyəcək.
 
Səhiyyə Nazirliyi siqaret istifadə nisbətlərini azaltmaq üçün yeni bir qanun layihəsi hazırlayıb.
 
Nazirlik qadın və gənclərdə artan siqaret istifadəsinin qarşısını almaq üçün seriallardakı siqaret görüntülərinin tamamilə ləğv edilməsini təmin edəcək.
 
Daha blur görüntüləri də olmayacaq
 
"Hürriyyet"in xəbərinə görə, kinolarda göstərilən siqaret reklam və görüntüləri də qadağan olunacaq. Beləcə, illərdir görməyə öyrəşdiyimiz siqaretlərin blur edilmə görüntüləri belə daha olmayacaq. Türkiyə Səhiyyə Nazirliyi müşaviri Eyyub Gümüş tətbiq ediləcək yeni üsulları barədə danışıb:
 
"Siqareti şəxsiyyətsiz vəziyyətə gətirəcəyik. Kinoteatrlarda siqaret istifadəsini dəstəkləyən promosiyalar etdirməyəcəyik. Reklamlar qadağan olunacaq. Seriallarda çəkilməsinə mane olacağıq. Edilərsə o hissələr kəsiləcək. Siqaret çəkmə nisbətini 2023-ə qədər 25 %-ə endirməyi hədəfləyirik".
 

Google+ WhatsApp ok.ru