İSESCO: ’15 Mart‘ dünyada İslamofobiya ilə mübarizə günü elan edilsin

İSESCO: ’15 Mart‘ dünyada İslamofobiya ilə mübarizə günü elan edilsin

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində fəaliyyət göstərən İslami Mədəniyyət, Elm və Təhsil Təşkilatı (İSESCO) Yeni Zelandiyada məsciddə törədilən terror hadisəsinin tarixini (15 Mart) "İslamofobiya ilə mübariə günü" elan edilməsi təklifi ilə çıxış edib.
 
Maide.Az “İQNA”a istinadla xəbər verir ki, İSESCO rəisi Əbdüləziz Tüveyciri Yeni Zelandiyada müsəlmanlara qarşı vəhşicəsinə törədilmiş terror cinayət hadisəsi ilə bağlı təşkilatın rəsmi saytında bəyanat yayıb. 
 
Bəyanatında  O son otuz ildə dinlərarası danışılqarın inkişaf etdirilməsinə rəğmən dünyada müsəlmanlara qarşı artan nifrət, irqçi radikallaıq və İslamofobiyadan danışıb və region dövlətlərindən dünyanı, insan hüquqlarını, bəşəriyyətin sağlamlığını və təhlükəsizliyini təhdid edən bu təhlükəli dilema ilə mübarizə üçün çalışmağa çağrııb. 
 
Bu hadisənin beynəlxalq qanunlara zidd olduğunu bəyan edən İSESCO rəisi hər il Mart ayının 15-ini İslamofobiya ilə mübarizə günü kimi qeyd edilməsini istəyib.   
 

Google+ WhatsApp ok.ru