İSESKO İslam aləmində 2050-ci ilədək mükəmməl təhsil proqramını təqdim edib 28 Fevral 2020 10:03 Dünya İSESKO-nun baş direktoru Salim Əl-Malik cari ilin sonunda İslam aləmində 2050-ci ilədək mükəmməl təhsil proqramına start veriləcəyini elan edib. Maide.Az "azərtac"a istinadla xəbər verir ki, O, dünyanın hər yerindən tədqiqatçıları bu proqrama dəstək göstərməyə çağırıb. “İSESKO-nun proqnozlaşdırma proqramı" adlanan yeni təşəbbüs beynəlxalq proqnozlaşdırma mərkəzləri ilə birlikdə gənc alimlər üçün təlimlər, konfranslar keçirilməsini nəzərdə tutur. Təşkilatın baş direktoru Almaniyanın Konrad Adenauer Fondu illə birgə təşkil etdiyi Gələcək Forumunda bildirib ki, yeni proqram dünyanın müxtəlif ölkələrindən 30 ekspertin iştirakı ilə təhsildə süni intellektdən istifadəni də ehtiva edir. Onun sözlərinə görə, İSESKO yeni layihələrin dəstəklənməsində mühüm rol oynayacaq və İslam aləmində yeni texnologiyalara əsaslanan təhsilin habına çevriləcək. Baş direktor əlavə edib ki, proqramın yerinə yetirilməsi gedişini təhlil etmək və layihələri qiymətləndirmək məqsədilə Gələcək Forumunun hər il keçirilməsi və bu ilin iyununda "Gələcəyin Karyerası Forumu"nun təşkili nəzərdə tutulur. Teqlər : #İSESKO,#İslam,#aləmində,#2050ci,#ilədək,#mükəmməl,#təhsil,#proqramını,#təqdim,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanın paytaxtında ixtişaşçı kütlə məscidə hücum edib Rusiya Müdafiə Nazirliyi İdlibdə onlarla Türkiyə əsgərinin həlak olmasına münasibət bildirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO