Seyid Həsən Nəsrullah Livandakı parlament seçkiləri barədə açıqlama verdi

Seyid Həsən Nəsrullah Livandakı parlament seçkiləri barədə açıqlama verdi

-- Seçkilər müqaviməti təminat altına alıb

Livanın "Hizbullah" müqavimət hərəkatının lideri Seyid Həsən Nəsrullah ölkədə keçirilən seçkilər barədə açıqlama verib. 

 Seyid Həsən Nəsrullah bildirib ki, partiyası seçkilərdən istədikləri nəticəni alıb.

"Seçkilər müqaviməti təminat altına alıb. Parlamentdəki gücümüzlə müqaviməti qoruyacaq. Bu, Livan ordusu, müqavimət və xalqdan ibarət üçlü tənliyi ayaqda tutur", - deyə hərəkat lideri söyləyib.   

"Hizbullah" lideri televiziya ilə yayımlanan çıxışında seçki prosesini alqışlayıb.   

Qeyd edək ki, 2009-cu ildən bəri seçki keçirilməyən Livanda yeni seçki qanunu və seçki təhlükəsizliyi qorxusuna görə seçkilər üç dəfə təxirə salınmışdı. (eastnews.org)

Google+ WhatsApp ok.ru