Seyid Həsən Nəsrullah: “ABŞ-ın arxasınca gedənlər hakimiyyətlərini itirməkdən qorxurlar” 13 Sentyabr 2018 01:00 Dünya Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Amerikanın "quyruğundan asılı" olan region ölkələrinin əslində hakimiyyətlərini itirməkdən qorxduqlarını söyləyib. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah dünən (12 sentyabr) axşam Beyrutun cənubunda məhərrəm ayı gecələri çərçivəsində video konfrans vasitəsilə çıxış edib. Seyid Həsən Nəsrullah regiondakı bəzi mürtəce rejimlərin əslində iqtidarlarını itirmək qorxusu ilə yaşadıqlarını və buna görə də, Amerika, Böyük Britaniya və Qərb ölkələrinin yanında hərəkət etdiklərini söyləyib. Hizbullahın lideri Amerikanın əsl simasının bu gün bütün hamıya məlum olduğunu bildirərək, belə danışıb: “Amerikanın İslam dünyası başda olmaqla bütün dünya ölkələri üçün rəzil bir siması var, çünki Amerika öz şeytanı maraqlarını təmin etmək üçün bütün ölkələrin daxili işlərinə müdaxilə edir”. Teqlər : #Seyid Həsən Nəsrullah: ABŞın arxasınca gedənlər hakimiyyətlərini itirməkdən qorxurlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda Sədr ilə Amiri hökumətqurma məsələsində razılığa gəldi “Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO