Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Yəmən öz müqəddəratını müəyyən edən gücdədir”

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Yəmən öz müqəddəratını müəyyən edən gücdədir”

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Səudiyyə rejiminin işğalçılığlına qarşı mübarizədə Yəmən xalqının daha çox əməkdaşlığa və bəsirətə ehtiyacının olduğunu bildirib.
 
Seyid Əbdülməlik Əl-Husi avqustun 20-də Yəmənin bir qrup nüfuzlu şəxsi və üləmasini qəbul etdiyi görüşdə belə danışıb: “Artıq Yəmənin müqəddəratını həll edə biləcəyimiz mərhələdəyik. Bu məsələdə hamımızın üzərinə məsuliyyət düşür. Səudiyyə rejimi bütün təhlükəni nəzərə alaraq Yəməni işğal etsə də, ancaq üzləşdiyi məğlubiyyətlər səbəbilə müharibəni başa çatdırmaq istəyir. Yəməndə heç bir hədəfinə nail ola bilməyən Səudiyyə rejimi daxildən cəbhəni zəiflətməyə çalışır”.
 
Ənsarullahın baş katibi Yəmən alimlərinin əhəmiyyətinə və roluna vurğu edərək, belə deyib: “Yəmən xalqı ölkələrinin problemlərinin həlli məsələsində üləmadan mühüm məsuliyyətlər götürməyini gözləyir. Yəmənin ziyalıları və qabaqcıl şəxsləri hər sahədə fəaliyyət göstərməlidir və xüsusən Yəmənin Ali Siyasət Məclisinə gələrək fikir və iradlarını bildirməlidir. Hazırki mərhələdə istənilən siyasi təhrik və təcavüz böyük zərərlərə səbəb ola bilər. Biz dəfələrlə fəsad və fitnələr qarşısında islaha və islahata çağırış etmişik. Ancaq bir faydası olmayıb”.
 
Seyid Əbdülməlik Əl-Husi, həmçinin Yəmənin daxilində bəzilərinin xəyanətə hazır vəziyyətdə gözlədiklərini və Ər-Riyada gedərək, düşmənin cərgələrində yer almaq istədiyini deyib. O, xəyanətkarların mühakimə olunması üçün konstitusiya məhkəməsində aparılacaq islahatı və ölkədəki siyasi vəziyyətin dəyişməsini gözlədiklərini söyləyib : “Hər cürə ədalətsizliyə qarşıyıq, hətta Ənsarullahın içərisində də olsa. Yəmənin qabaqcıl simaları, Səudiyyə rejimi ilə əməkdaşlıq edən xainlər haqqında lazım olan qərarı verməlidir”. (deyerler) /

Google+ WhatsApp ok.ru