Seyid Əbdülməlik Əl-Husi: `İsrail rejimi İslam ümmətinin həqiqi düşmənidir`

Seyid Əbdülməlik Əl-Husi: `İsrail rejimi İslam ümmətinin həqiqi düşmənidir`

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi bəzi ərəb ölkələrinin Fələstin və Qüds məsələsinə qarşı laqeydliyinə görə tənqid edib.
 
Seyid Əbdülməlik Əl-Husi iyunun 22-də etdiyi çıxışında dünya müsəlmanlarının Beynəlxaq Qüds günü tədbirlərində intensiv şəkildə iştirak etmələrini istəyib.
 
Yəmənin Ənsarullah hərəkatının baş katibi sözlərinin davamında bunları deyib: "İşğalçı qüvvələrin Yəmən torpaqlarına təcavüzünün 3-cü ildönümündə ölkə xalqından Səna başda olmaqla digər şəhərlərdə Beynəlxalq Qüds günü mərasiminə geniş bir şəkildə qoşulmasını istəyirəm".
Əl-Husi çıxışında, sionistlərin Fələstinə qarşı təxribat cəhdləri və bəzi ərəb ölkələrinin bu barədəki laqeydlikləri, eləcə də onların ABŞ və sionist İsrail rejiminin planlarına xidmət etmək istiqamətində bir vasitəyə çevrilməsinə vurğu edib.
 
Ənsarullah hərəkatının baş katibi Səudiyyə rejimi rəsmilərinə də səslənib: "Amerika və İsrail rejimi, istifadə etməyə ehtiyacları olduğu müddətə qədər, sizlərə bir vasitə gözü ilə baxacaqlar, öz qonşunuz olan Yəmənə qarşı düşmən siyasətinizdən əl çəkmək vaxtı gəlmişdir. Çünki bu sizin və bölgənizin xeyrinədir".
Əl-Husi sionist İsrail rejiminin ABŞ ilə birlikdə İslam düşmənləri olaraq, regionu ələ keçirməyə çalışdıqlarını bildirib.
 
Ənsarullah lideri ABŞ-ın sionist İsrail rejiminə tam dəstəyini, İraq və Əfqanıstan daxil olmaqla İslam dünyası daxilində siyasi, hərbi və iqtisadi sahələrdə apardıqları İslam ümməti düşmənçiliyini aşkar vəziyyətə gətirdiyini qeyd edib.
 
Seyid Əbdülməlik Livan Hizbullahının sionist İsrail rejimilə mübarizədəki qələbəsi və fələstinlilərin müxtəlif döyüşlərdə İsrail rejiminin qarşısında göstərdiyi müqavimətin təqdirəlayiq olduğunu bildirərək, bunun güzəştcil ruhiyyəli ərəb liderlərini narahat etdiyini deyib.
 
Əl-Husi çıxışında bəzi ərəb rejimlərinin münafiq mövqeyi və onların ABŞ və İsrail rejiminə bağlılığına da toxunub. O, bu münafiq rejimlərin ABŞ və İsrail rejimi ilə dostluq və ittifaq qurmaq tələblərinin İslam ümməti üçün acı nəticələrə yol açacağını qeyd edib. (deyerler) /

Google+ WhatsApp ok.ru