Seyid Əbdülməlik Əl-Husi: “ABŞ və sionist İsrail rejimi müasir dövrün tağutlarıdır”

Seyid Əbdülməlik Əl-Husi: “ABŞ və sionist İsrail rejimi müasir dövrün tağutlarıdır”

-- Bunların məqsədləri xalqı ilahi vəhydən uzaqlaşdırmaqdır

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi ABŞ və sionist İsrail rejimini müasir dövrün tağutları kimi qiymətləndirib və bunlardan uzaq durmağın lazım olduğunu bildirib.
 
Seyid Əbdülməlik Əl-Husi əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mübarək mövludu ərəfəsində etdiyi çıxışında belə deyib: “Tağutlar həmişə mövcud olub və bunların məqsədləri xalqı ilahi vəhydən uzaqlaşdırmaqdır. Düşmənlər və təcavüzkarlar əvvəl Yəmənin iqtisadiyyatını dağıtmağı hədəfə aldılar. Bəzi çevrələr isə Yəmənə qarşı müharibəni daha da artırmaq istədilər.
 
Yəmənin müharibəsi indi zirvə nöqtəsindədir və bütün yəmənlilər düşmənə qarşı birlikdə hərəkət etməlidir. Səudiyyə rejiminin rəhbərlik etdiyi təcavüzkarlara qarşı sona qədər mübarizə edəcəyik.
 
İslam düşmənləri yumşaq müharibəni qəlblərə, cəmiyyətə və bizim fikirlərimizə nüfuz etmək üçün istifadə edir. Təkfirçi ünsürlər də Peyğəmbərimizə (ə) məxsus bütün izləri Məkkə və Mədinədən yox ediblər”.
 
Əl-Husi çıxışında keçən həftənin sonunda Misirdə baş verən dəhşətli terror aktına da münasibət bildirib: “Biz Sinay məscidinə edilən hücumu pisləyirik, bu hücumu Amerika və sionistlərin Misirə olan düşmənçiliyi kimi görürük”.
 
Ənsarullahın lideri bir sionistin Peyğəmbər (s) məscidinə girməsi barədə isə bunları deyib: “Bir sionistin Peyğəmbər (s) məscidinə girməsi, Səudiyyə Ərəbistanının sionistlərə olan bağlılığını göstərir və bu, Peyğəmbərimizə (s) qarşı təhqirdir”.
 
İraq və Suriyada İŞİD-ə qarşı aparılan mübarizədə əldə edilən qələbələri təbrik edən Əl-Husi, bu qələbələrin bütün bölgə xalqının qələbələri olduğunu bildirib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru