Seyid Əli Xamenei: `Mənəvi və fikri dayaq bütün problemlərin həllinin əsas amilidir`

Ali Lider Ayətullahuluzma Seyid Əli Xamenei dünən axşam İranın prezidenti və nazirlər kabineti ilə görüşdə Əmirəlmömininin Malik Əştərə olan yolaçan fərmanından nümunələr gətirərək, vurğulayıb ki, ruhi, mənəvi və fikri dayaq bütün problemlərin həllinin əsas amilidir və möminlər ağasının Nəhcülbəlağədəki düşüncə və tədbirləri belə bir dayağı yaradır. 
 
Maide.az xəbər verir ki, Ali Lider ölkə prezidentinin bu görüşün əvvəlində nüvə müzakirələrinin nəticələri barədəki sözlərinə toxunaraq, İranın nüvə komandasının sədaqətli və vicdanlı zəhmət və səylərinə görə təşəkkür edib: "Xalqın dövlət ilə bağlı hüquqları və verginin alınması, xalqı və ölkəsini müdafiə, ictimaiyyəti ölkənin quruculuğu, abadlığı, məsləhət və nicata doğru sövq etdirmək möminlər ağasının Malikə olan məktubunda məsul şəxslərin üzərlərinə qoyduğu dörd əsas tapşırıqdır. Xalq fikir, düşüncə və yekunlaşdırma ilə yürüdülən mühakimələrdə səhv etmir. Buna görə, xalqın bu kimi mühakimə yürütmələrindən başa düşmək olar ki, hansı məsul şəxs münasibdir, hansı yox." 

Google+ WhatsApp ok.ru