Seyid Əbdülməlik Əl-Husi: 'Həzrət Peyğəmbəri (s) təhqir etmək sionistlərə xidmət edir'

Seyid Əbdülməlik Əl-Husi: 'Həzrət Peyğəmbəri (s) təhqir etmək sionistlərə xidmət edir'

Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi bu gün (27 oktyabr) İslam Peyğəmbərinin (s) mövludu ilə əlaqədar vəhdət həftəsi münasibətilə çıxış edib və çıxışının əvvəlində böyük Peyğəmbərin (s) ali məqamından danışıb.  

 
Seyid Əbdülməlik çıxışının əvvəlində İslam Peyğəmbərinin (s) yolunu və üsulunu şərəfli sayaraq, belə deyib: “Səbr özü ilə çətinliklər və fədakarlıqlar gətirsə də, təslimçilik vəziyyətində yaşamaqdan üstündür”.  
 
Ənsarullahın lideri Həzrət Peyğəmbərin (s) mövlud gününü ən böyük fürsət adlandırıb və belə davam edib: “Bu gün, Allahın böyük nemətindən və aləmlərə olan mərhəmətindən bəhs edirik və müsəlmanlar bu fürsəti mədəni, əxlaqi və dini mənsubiyyətləri ilə istifadə etməli və bu dəyərlərin təhrif olunmasının qarşısını almalıdır.  
 
Həqiqi dünyada və müsəlmanların həyatında təhriflər baş verdikdə və Həzrəti Peyğəmbərlə (s) münasibətlərə və insani dəyərlərə təsir etdikdə, müsəlmanlar üçün bir çox problemlər yaradıldı və mədəniyyətləri Quran mədəniyyətindən fərqli oldu”.  
 
Əl-Husi bu mədəni azmanı başqalarının Quranı və Həzrət Peyğəmbəri (s) təhqir etmələrinin əsas səbəbi hesab edərək, belə danışıb: “Bir çox müsəlman qeyri-İslami mədəniyyət və davranışları həyatlarına gətirəndə, digərləri də səhv düşüncələrə sahib olur və İslamı, Peyğəmbərimizi (s) və Quranı təhqir etmək üçün ondan sui-istifadə edirlər”.  
 
Seyid Əbdülməlik Əl-Husi Fransanın prezidenti Emmanuel Makronun, “İslam bütün bölgələrdə böhran içindədir”, açıqlamasına reaksiya verərək, bunu İslam ümmətinə qarşı və sionistlərin məmnun etmək naminə düşməncəsində edilən çıxış adlandırıb: “Əvvəllər də demişdik ki, Fransada və ya hər hansı Qərb ölkəsində sionist yəhudilərinin razılığına zidd nə isə söyləməyinizə və ya həqiqəti onlara bildirməyinizə mane olurlar. Bu hallarda azadlıq yoxdur və bütün iddialar məhv edilir, lakin Peyğəmbərə (s) və İslamı təhqir etmək üçün açıq yol var”.  
 
Bütün Yəmən tayfalarına müraciət edən Əl-Husi, Səudiyyə rejiminin koalisiyasının təcavüzünə qarşı müqavimət mərhələsinin çox həssas mərhələ olduğunu və hər kəsin Allah qarşısında cavabdeh olduğunu söyləyib./deyerler.org/
 

Google+ WhatsApp ok.ru