Seyid Həsən Nəsrullah: `Heç bir təhdid və nəticə Yəmənə qarşı Səudiyyə-Amerika təcavüzkarlığını pisləməyə mane olmayacaq`

Dünən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Məzlum Yəmən xalqına sədaqət və onunla həmrəylik" mərasimində Yaxın Şərqdə baş verən hadisələrdən danışıb. O, bildirib ki, heç bir təhdid və nəticə Yəmənə qarşı Səudiyyə-Amerika təcavüzkarlığını pisləməyə və Yəmən xalqı ilə həmrəylik bildirməyə mane olmayacaq.
 
Maide.az xəbər verir ki, Seyid Həsən Nəsrullah Səudiyyə rejiminin Yəmənə təcavüz üçün puç bəhanələr gətirdiyini deyib: "Onun bu savaşda əsl məqsədi, Səudiyyə-Amerika qəyyumluğunun Yəmənə qaytarılması və bu ölkəyə yiyələnməkdir. Bəziləri bu savaşa tayfa münaqişəsi donu geyindirməyə çalışırlar. Amma heç kəs bu məsələni qəbul etmir. Bu savaş Yəmənə qarşı siyasi məqsədli Səudiyyə təcavüzüdür.
 
Bəziləri deyirlər ki, yəmənlilər Hərəmeyn şərifeyni hədələyirlər, amma Hərəmeynin təhdid olunması ilk dəfə İŞİD tərəfindən irəli sürülüb. Yəmənlilər Rəsulallahın (s) və həccin vurğunudurlar. İŞİD öz xilafətini elan edərkən vurğuladı ki, Məkkəni zəbt etmək niyyətindədir. İŞİD əslində Səudiyyə Ərəbistanının vəhhabilik mədəniyyəti və vəhhabilik təfəkkürlərinin nəticəsidir. İslam Peyğəmbərinin (s) ziyarətgahına qarşı təhlükə Ərəbistanın daxilindən və vəhhabilik təfəkkürünün tərəfdarlarındandır. Tarixə nəzər salsaq görərik ki, vəhhabilər müqəddəs Mədinə şəhərində bütün İslami abidələri dağıdıblar."

Google+ WhatsApp ok.ru