Seyid Həsən Nəsrullah: `Səudiyyə Yəməndəki uğursuzluqlarını ört-basdır etmək istəyir`

Maide.az-ın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə axşamı region hadisələri, xüsusilə də Yəmən müharibəsi barədə çıxışı zamanı Ərəbistanın Yəmənə qarşı "Qətiyyətli Tufan" adlı hərbi əməliyyatlarına və Ali-Səudun bu əməliyyatların öz məqsədinə nail olması ilə bağlı iddialarına işarə edərək bildirib ki, bu açıqlamalar yalan və fırıldaqçılıqdan başqa bir şey deyil. 
 
Seyid Həsən Nəsrullah əlavə edib: "Ərəbistanın Yəmənə qarşı hücumlarının başlandığı zamandan səudiyyəlilər öz məqsədlərinə çata bilməyiblər. Çünki Yəmənin fərari prezidenti Əbd Rəbbu Mənsur Hadi Sənaya qayıtmayıb və Yəmən ordusu və xalq qüvvələri ölkənin cənubuna doğru irəliləyişlərini davam etdirirlər." 
 
Livan Hizbullahının baş katibi İlahi kömək və Yəmən xalqının şücaətini Ərəbistanın Yəmənə qarşı hücumlarda uğursuzluğa uğramasının başlıca səbəbi adlandırıb və deyib: "Yəmən xalqı ordu qüvvələri və xalq komitələrinin yanındadır və elə buna görədir ki, Ərəbistan heç bir nəticə əldə edə bilməyib. "
 
Nəsrullah daha sonra "ümidin Yəmənə qaytarılması" əməliyyatını da hiyləgərlik adlandırıb və deyib: Bunda məqsəd Yəmənə qarşı "Qətiyyətli Tufan" əməliyyatının uğursuzluğa uğramasını ört-basdır etməkdir. 
 
Seyid Həsən Nəsrullah Yəmənə qarşı Ərəbistan-Amerika hücumlarının əsas məqsədini bu ölkəyə nəzarətin təmin edilməsi adlandırıb və deyib: "Təcavüzkarlar sivil əhalini himayə etdiklərini iddia edirlər. Amma Yəmənə qarşı hərbi əməliyyatların başlandığı zamandan bəri yalnız yaşayış massivləri, sivil infrastrukturlar və mülki əhali hədəfə alınır."
 
Livan Hizbullahının baş katibi Ərəbistanın Yəməndə əl-Qaidə ilə müttəfiq olduğunu da bildirib: "Yəmən xalqını himayə iddiası əslində bacardıqca daha artıq insanın qətlə yetirilməsi mənasındadır. Daha pis olan odur ki, təcavüzkarlar qadağan olunmuş silahlardan, o cümlədən parçalanan bombalardan istifadə edirlər. Ərəbistan və başçılıq etdiyi koalisiya Yəmənə humanitar yardımlar o cümlədən ərzaq və dərman preparatlarının göndərilməsinə də icazə vermir. Və Yəməndə ərzaq məhsulları anbarlarını bombardman edir. İnsani vəziyyət çox ağırdır. Amma yəmənlilər təslim olmayaraq, Amerika-Ərəbistan fitnəsi qarşısında müqavimət göstərirlər." 
 
Daha sonra Livan Hizbullahının baş katibi Amerikanın terrorizmlə mübarizə sahəsindəki fitnəsinə də işarə edib və deyib: "Amerika İŞİD terror qruplaşması ilə mübarizədə ciddi deyil və İŞİD təhlükəsindən regionla bağlı planlarını icra etmək üçün istifadə etməyə çalışır. ABŞ-ın əsas məqsədi ölkələri tayfalar və etnoslar əsasında parçalamaq, bu yolla onları zəiflətmək və davamlı olaraq fitnə ocaqları yaratmaqdır." 
 
Nəsrullah bir daha Livanın islami müqavimət qüvvələrinin Suriya xalqının yanında olduğunu vurğulayıb və deyib: "Öncədən də deyildiyi kimi, Suriyada gedən müharibə sırf bu ölkə xalqına aid məsələ deyil və Livan Hizbullahı Suriya, Livan, Fələstin və bütün regionu müdafiə məqsədilə Suriya müharibəsində iştirak edir."

Google+ WhatsApp ok.ru