Seyid Həsən Nəsrullah: `Bu, Hizbullahın qırmızı xəttidir`

Seyid Həsən Nəsrullah: `Bu, Hizbullahın qırmızı xəttidir`

Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livan parlamentinin sədrini qərarlı bir şəkildə dəstəklədiklərini açıqlayıb.
 
Seyid Həsən Nəsrullah öz müavini Şeyx Nəim Qasımdan parlamentin sədri Nəbih Bərri ilə görüşərək, onun Hizbullahın qırmızı xətti olduğunu ona bildirməsini istəyib.
 
Nəsrullah ölkənin hazırki vəziyyətində Nəbih Bərrinin Livanın siyasi səhnəsindən çıxarmayacağını və bu mövzuda edilən planların xəyaldan ibarət olduğunu bildirib.
 
Hizbullahın baş katibi bu məsələdə ediləcək istənilən təşəbbüsə Hizbullahın sərt cavab verəcəyini qeyd edib.
 
"Livan parlamentinin sədri Nəbih Bərri həmişə İslam müqaviməti qüvələrinə tam dəstəyini vermişdir", - deyə Nəsrullah bildirib. (deyerler) /

Google+ WhatsApp ok.ru