Seyid Həsən Nəsrullah: “Özümüzü müdafiə etmək üçün bütün dünya ilə müharibədən qorxmuruq”

Seyid Həsən Nəsrullah: “Özümüzü müdafiə etmək üçün bütün dünya ilə müharibədən qorxmuruq”

Əsl mücahidin vəzifəsi boynunda olan təklifi düzgün bilməsidir

“Əgər lazım olsa müharibə edərik. Önəmli deyil bizim qarşımızda kim dayanıb. Hətta bütün dünya üzərimizə gəlsə özümüzü müdafiə etmək üçün vuruşarıq”. 
 
Maide.Az xəbər verir ki, bunu Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livanın cənubundakı Zahier şəhərində Məhərrəm ayının başlaması münasibəti ilə çıxışında deyib. 
 
Həsən Nəsrullah bildirib ki, Livan xalqı sülh tərəfdarıdır. “Lakin təhlükə olduğu halda biz müharibəyə hazırıq. İstər ABŞ, istər İsrail, istərsə də bütün dünya üzərimizə gəlsin. Biz bunların heç birindən qorxmuruq”.
 
Baş katib əsl mücahidin vəzifələri barədə də danışıb. O, qeyd edib ki, ən əsas boynumuzda olan təklifi düzgün bilməkdir. “Əgər boynumuzda susmaq varsa səbir etməli, döyüşmək varsa buna hər an hazır olmalıyıq”. /

Google+ WhatsApp ok.ru