Seyid Həsən Nəsrullah: “ABŞ-ın arxasınca gedənlər hakimiyyətlərini itirməkdən qorxurlar”

Seyid Həsən Nəsrullah: “ABŞ-ın arxasınca gedənlər hakimiyyətlərini itirməkdən qorxurlar”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Amerikanın "quyruğundan asılı" olan region ölkələrinin əslində hakimiyyətlərini itirməkdən qorxduqlarını söyləyib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah dünən (12 sentyabr) axşam Beyrutun cənubunda məhərrəm ayı gecələri çərçivəsində video konfrans vasitəsilə çıxış edib.
 
Seyid Həsən Nəsrullah regiondakı bəzi mürtəce rejimlərin əslində iqtidarlarını itirmək qorxusu ilə yaşadıqlarını və buna görə də, Amerika, Böyük Britaniya və Qərb ölkələrinin yanında hərəkət etdiklərini söyləyib.
 
Hizbullahın lideri Amerikanın əsl simasının bu gün bütün hamıya məlum olduğunu bildirərək, belə danışıb: “Amerikanın İslam dünyası başda olmaqla bütün dünya ölkələri üçün rəzil bir siması var, çünki Amerika öz şeytanı maraqlarını təmin etmək üçün bütün ölkələrin daxili işlərinə müdaxilə edir”.
 

Google+ WhatsApp ok.ru