Seyid Həsən Nəsrullah: İsrail rejimi Livanın cənubuna girərsə...

Seyid Həsən Nəsrullah: İsrail rejimi Livanın cənubuna girərsə...

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İsrail rejiminin qüvvələrinin Livanın cənubuna girəcəyi təqdirdə, dünya əhalisinin ekranlar qarşısında İsrail rejiminin məhv olmasını seyr edəcəklərini bildirib.
 
Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah mayın 2-si axşam saatlarında Hizbullah komandirlərindən Mustafa Bədrəddinin şəhadətinin ildönümü münasibətilə çıxış edib.
 
Ənsariyyə əməliyyatının uğurla keçirilməsi üçün şəhid Bədrəddinin gecə və gündüz səy göstərdiyini deyən Seyid Həsən Nəsrullah, bu əməliyyatın nəhayət uğurla sona çatdığını və sionistlərə ağır zərbə vurulduğunu qeyd edib.
 
Hizbullahın Suriyadakı terror təşkilatları ilə mübarizəsinə də diqqət çəkən Hizbullah lideri, belə danışıb: “Hər keçən gün terrorla mübarizə məqsədilə Suriyaya daxil olmağımızın nə qədər doğru olduğu görünür. Vaxt keçdikcə daha çox sənədlər və keçmiş rəsmilər, xarici işlər nazirləri və baş nazirlərin etirafları ortaya çıxır. Bu inkişafdan Hizbullahın yerində və zamanında lazım olan addımları atdığı bildirilir. Suriyada ABŞ, İsrail rejimi və Səudiyyə rejiminin planları yürüdülürdü. Bunlar Suriyada balansı dəyişdirmək istəyirdilər.
 
İndi ABŞ, Qərb və ərəb ölkələrinə bağlı media təşkilatları birgə siyasət aparırlar. Bu siyasət, sionist rejimin Hizbullaha qarşı müharibəyə başlaması ehtimalını gündəmdə saxlamaqdır. Reallıq budur ki, xəbərlərdəki bu şişirtmələr təkcə bir psixoloji müharibədən ibarətdir. Onlar Livan müqavimətinin raketlərindən qorxurlar. Livan güclü bir ölkədir. Bu ölkənin xalqı Qərbə bağlı qüvvələrin psixoloji müharibəsindən təsirlənməməlidir.
 
Heç kəs İsrail rejiminin Livana hərbi müdaxilə ehtimalından narahat olmasın. İsrail rejimi müharibə istəyirsə, sözümüz yoxdur, gəlsin. Biz Təl-Əvivə qələbələrinin sona çatdığını deyirik.
 
İndi Hizbullahın gücündən çox danışmaq istəmirəm, amma sizə qətiyyətlə demək istəyirəm ki, əgər İsrail rejiminin qüvvələri Livanın cənubuna girərsə, dünya xalqı ekranlar qarşısında İsrail rejiminin məhv olmasını seyr edəcək”.

Google+ WhatsApp ok.ru