Seyid Həsən Nəsrullah suriyalı kürdlərə: ABŞ-a bel bağlamaq olmaz 09 Oktyabr 2019 11:53 Dünya Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah suriyalı kürd qruplaşmaları kənarlaşdıran ABŞ-ın qərarını qiymətləndirib. Maide.Az "deyerler.org" istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsində keçirilən matəm mərasimi vaxtı çıxış edən Seyid Həsən Nəsrullah, gündəmdəki mövzuları qiymətləndirib. Seyid Həsən Nəsrullah çıxışında belə deyib: “Amerikalılar müttəfiqlərini belə qorumur və müqavilələrə də hörmət etmir. Amerikalılar bir göz qırpımında Suriya kürdlərini kənarlaşdırdı. Bu Amerikaya güvənən hər bir insanın taleyidir. Heç kəs amerikalılara bel bağlaya bilməz, çünki onların taleyi rəzalət və alçalmaq olacaq”. Fəratın şərqində əməliyyat üçün Türkiyəyə yaşıl işıq yandıran ABŞ, əməliyyatın heç bir şəkildə hissəsi olmayacağını bildirmişdi. Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində hərbi qüvvələrini toplamağa davam edir. Teqlər : #Seyid,#Həsən,#Nəsrullah,#suriyalı,#kürdlərə:,#ABŞa,#bel,#bağlamaq,#olmaz, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ekvadorda etirazçılar daha iki neft yatağı ələ keçirilib Pakistanda, 118 yaşlı məscidin bərpasına başlandı
Bosniyada soyqırım törədilməsinə haqq qazandıran yazara ’Nobel‘ mükafatı verildi - Etiraz aksiyası keçirildi - VİDEO