Seyid Həsən Nəsrullah: ABŞ seçkiləri demokratiyaya utancdır

Seyid Həsən Nəsrullah: ABŞ seçkiləri demokratiyaya utancdır

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çıxışı zamanı, Amerikada seçkilərdə baş verənlərin demokratiya üçün utanc olduğunu söyləyib. Seyid Həsən Nəsrullah Amerikadakı prezident seçkilərinin nəticələrinin bölgədə heç nəyi dəyişdirməyəcəyini qeyd edib: “Amerikalıların yeganə dəyişməz və mütləq prioriteti İsrail rejimini qorumaq, onu və hərbi üstünlüyünü müdafiə etməkdir”.
 
Hizbullahının baş katibi Tramp hökumətinin cinayətkar və amansız hökumət olduğunu söylədi: "Tramp hökuməti bütün dünyaya Amerikanın qatil, azğın, imperialist və cinayətkar üzünü göstərdi". Livan Hizbullah hərəkatının baş katibi Trampın müxdəlif mövzularda xüsusən Fələstin məsələsi ilə bağlı siyasətinin iflasa uğradığını, Trampın getməsi ilə Netanyahu və bin Salmandan ibarət "əsrin müqaviləsi"nin üç tərəfindən birinin yox olacağını vurğulayıb. Seyid Həsən Nəsrullah müqavimət oxunun Amerika və İsrail rejimi tərəfindəki hər hansı bir axmaqlığına cavab verməyə hazır olmalı olduğunu söylədi.
 
Livan ilə İsrail rejimi arasındakı quru və su sərhədlərinin müəyyənləşdirilməsinə dair danışıqlara gəldikdə, Seyid Həsən Nəsrullah müqavimətin işğal rejimi ilə danışıqlar aparmayacağını dedi, çünki buna hökumət cavabdehdir.
 
Müzakirələrin yalnız quru və su sərhədlərinin müəyyənləşdirilməsini və başqa bir məsələnin nəzərdə tutulmadığını qeyd edən Seyid Həsən Nəsrullah bəzilərinin bu danışıqları sionist rejimlə münasibətlərin normallaşmasının başlanğıcı kimi təqdim etməyə çalışdıqlarını, lakin bunların boş ifadələr olduğunu söylədi. / deyerler.org/ 
 

Google+ WhatsApp ok.ru