Seyid İsaq İbn Əl-Həkim: `İŞİD-ə qarşı qlobal cəbhə yaradılmalıdır`

`İŞİD terrorizmi Ərəb ölkələri ilə məhdudlaşmayacaq və bütün dünyanı əhatə edəcək`

Maide.az xəbər verir ki, Bağdaddakı ofisində açıqlama verən İraq İslam Məclisi Ali Şurasının sədri Seyid İsaq İbn Əl-Həkim İŞİD-ə qarşı beynəlxalq cəbhə açılmasının zərurətini vurğulayıb və belə deyib: "Bu terror şəbəkəsinə qarşı qlobal mənada bir cəbhə yaradılmalıdır. Əks halda, hər gün bir ölkə İŞİD cinayətlərinə səhnə olacaq."
 
İsaq ibn Əl-Həkim sözlərini belə davam etdirib: "Bəli, İŞİD-in prioriteti Əhli-Beyt davamçılarıdır, amma bununla yanaşı İŞİD-ə qarşı olanlar da bu şər şəbəkəsinin terrorizmindən etibarda deyil. Məsələn, Misirdə, Tunisdə və bir çox körfəz ölkəsində şiə-sünni qarşıdurması söhbət mövzusu olmadığı halda, bu ölkələrdə də İŞİD-in qanlı cinayətlərinə şahid oluruq. Bu unudulmamalıdır: İŞİD terrorizmi Ərəb ölkələri ilə məhdudlaşmayacaq və bütün dünyanı əhatə edəcək. Onun üçün bu terror təşkilatına qarşı qlobal bir təşkilatlanma zəruridir. Qlobal bir cəbhə yaradılmalıdır. Əgər İraqda yüksək mərcəiyət məqamının o fətvası olmasaydı, gənclərin sağlam inanclarından qaynaqlanan şövq və həyəcanları olmasaydı, İran İslam respublikasının hərbi sahədəki məsləhət dəstəyi olmasaydı, bu gün İraq məlum olmayan bir naməluma doğru sürüklənmişdi."

Google+ WhatsApp ok.ru