Seysmoloji Mərkəz: Bu il Azərbaycan ərazisində 3346 zəlzələ olub

Seysmoloji Mərkəz: Bu il Azərbaycan ərazisində 3346 zəlzələ olub

Bu il ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsi ilə 7000-ə yaxın zəlzələ qeydə alınıb.
 
Maide.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında bildirilib.
 
Onlardan 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000-ə yaxını isə uzaq zəlzələlərdir. Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş verən maqnitudası 5.5 olan zəlzələ olub. Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub.
 
Hesabatlarda həmçinin il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında ətraflı məlumatlar verilib. /report /
 

Google+ WhatsApp ok.ru