Seysmoloji Xidmət Mərkəzi: Episentri Şəkidə olan 7 bal gücündə zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Ucar, Mingəçevir, Yevlax və Gəncədə zəlzələ olub. Bu barədə Trend-ə Yevlax və Gəncə sakinləri məlumat veriblər. Verilən məlumatlara görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə məlumatı təsdiqləyiblər və bildirblər ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda hiss olunub.

Yaxın dəqiqələrdə bununla bağlı rəsmi məlumat yayılacaq.

XXX

Trend-in Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunmuşdur.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu. /

 

Google+ WhatsApp ok.ru