SEYYİDÜŞ-ŞÜHƏDA HƏMZƏ

SEYYİDÜŞ-ŞÜHƏDA HƏMZƏ

Kamillik zirvəsinə göz dikmiş insanın ilahi yolla hərəkətdə əzm və iradəsi artır. Fəzilət və hikmət sahibi olan insanlar həmin bu kamillik zirvəsi, kamal qülləsidirlər. Onların həyat tarixçəsi ilahi yolun necə keçilməsi dərsini öyrədir. «İdeallarla tanışlıq» adlı silsilə kitabçalarda şücaətli və səxavətli şəxsiyyətlərin həyatından danışılmışdır. Bu çöhrələrin təs-virində qələm acizdir, məqamlarının vəsfində dil!

Onlar əhdlərinə vəfa etdilər, son nəfəsədək möhkəm dayandılar, al qanları onların sədaqətini sübut etdi. Onlar qəlblərini eşq nuru ilə diriltdilər, iman yolunda can verib, əbədilik qazandılar. Bu insanlar həmişə diridir-lər və Allahın yanında ruzilərdən bəhrələnirlər. Onlar «Allah» deyib, son nəfəsədək öz əqidələrindən dönmədilər və nəhayət, şəhadət camını başlarına çəkdilər. Bu, ilahi yola sədaqətin sübutu idi.

Qandan da rəsmi sənəd varmı?! Hansı imza şəhadətdən mö¢təbərdir?! Onlar Allahı axtardılar, qəlblərini ilahi eşqə təslim etdilər. Elə ki, qəlb məhəbbətlə doldu, ruhun hicabı olan cismi aradan götürdülər. Tənləri can oldu, canları isə Allaha fəda!

Bu kitabçalarda iman, cihad, şəhadət, haqpərəstlik ideallarının iftixar və əzəmət dolu həyatlarının təsviri verilsə də, onların haqqı bu işlə ödənmiş sayılmamışdır. Onların ruhlarının ucalığının, imanlarının böyüklüyünün sonadək açıqlandığı iddia olunmur. Çünki bu insanlar bəşəri kamilliyin uca qülləsində dayanmışlar və bu məqamın sözlərlə təsviri mümkünsüzdür. 

Bu kitabda oxuyacaqlarınız İslamın rəşadətli sərkərdəsi, tövhid qoşununun güclü qolu, Allah Peyğəmbərinin (s) əmisi və vəfalı dostu həzrət Seyyidüş-şühəda («şəhidlər ağası») Həmzənin həyatına ötəri bir baxışdır. Bu şəxs ilk gündən Allah dinini himayə etdi və Ühüd döyüşündə şəhadət iftixarını qazandı.

Ümid edirik ki, bu həyat tarixçəsi haqpərəstlər üçün bir nümunə olsun və iman kölgəsində kəramət axtaran gənclərə sədaqət dərsi versin. Olsun ki, bu silsilədən olan digər kitabçalar da oxucuların İslamın tarixi şəxsiyyətləri ilə tanışlığında faydalı ola.

Google+ WhatsApp