Bəqərə, 62. Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar.

İmam Həsən (ə) buyurur:
“Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”



Seyyidüş-şühəda Həzrət Həmzənin (ə) şəhadəti

Tarix : 10-07-2017 10:17

Hicri təqvimi ilə 3-cü il, şəvval ayının 15-də  “Ühüd” döyüşü  baş verib. Bu döyüşdə müsəlmanların sayı min nəfər olub. Onlardan 300 nəfəri yolda ikən qayıdıblar. Kafirlərin sayı isə 3000 nəfər təşkil edib. Əlbəttə, bəzi tarixçilər onların sayını 2000, 4000 və 5000 də yazıblar. O döyüşdə kafirlərdən ölənlərin sayı 22, 23 və ya 28 nəfər, müsəlmanlardan isə 70-i şəhid olub. Bu döyüşdə Peyğəmbərin (s) dişi sınıb, alnı yaralanıb.
 
Həzrət Əlinin (ə) Ühüddə fədəkarlığı
 
O gün, Peyğəmbərlərin sonuncusunun şərəfli vücudunu müdafiə etmək uğrunda mübarək bədəninə çox yaralanıb. Halbuki başqaları qaçıblar. Peyğəmbər (s) buyurur: “Ey Əli! Səmalarda mədh olunuğunu eşidirsənmi?” Mələklərdən biri Rizvan adında mələk deyir: “La fəta ila Əli, la səyfə illa Zülfiqar!”. Əmirəlmöminin (ə) buyurur: “Sevincimdən ağladım və bu nemətə görə Sübhan Allaha həmd etdim.” 
İlk öncə qələbə müsəlmanların idi. Onlardan bir qismi düşməni təqib etmək üçün gedir. Meydan boşalır. Onlar qayıdıb qənimət yığmağa başlayırlar. Qoruyucu təyin olan kəslər Peyğəmbərin (s) əmrindən boyun qaçıraraq, öz postlarını buraxıb, qənimət toplamağa başlayırlar.  Kafirlərin başçılarından biri Xalid ibn Vəlid (qoruyucuların tərk etdiyi) o tərəfdən hücum edir. Yerində qalan az sayda qoruyucu şəhid olur. Kafirlər müsəlmanların arxasında hücuma keçirlər. Kafir qoşunundan qaçan fərarilər də bu vəziyyəti görüb qayıdırlar. Onların müsəlmanlara hücumu şiddətlənir. Peyğəmbərin (s) bədəninə çoxlu yara dəyir və şeytan qışqırır:  “Məhəmməd öldürüldü!” Müsəlmnalar bu nidanı eşidib qaçırlar. Təkcə bir neçə nəfər Peyğəmbəri (s) müdafiə edir: Əmirəlmöminin (ə), orada şəhid olan Əbu Dəccanə, Həsiyə adlı qadın, Mədinədən təzəcə gəlmiş Ənəs ibn Nəzr. Ömər ibn Xəttab deyir: “Ühüddə Peyğəmbərlə (s) beyət etmişdik ki, heç kəs qaçamayacaq. Bizdən hər kəs qaçsa azğındır, hər kəs şəhid öldürülsə şəhiddir.”
Əhməd ibn Cənbəl deyir: Əbu Bəkr Ömər bu döyüşdən qaçırlar. Əmirəlmöminin (ə) döyüşdə qaçanları təqib edərkən Ömər gözlərinin  yaşının silə-silə gəlib ona ərz edir: “Məni bağışlayın! Əmirəlmöminin (ə) buyurur: “Sən deyildin ki, qışqırdın: Məhəmməd öldü?!” Öz qəlbinizin dininə qayıdın!” Ömər dedi: “O sözü Əbu Bəkr dedi”. Elə o zaman bu ayə nazil oldu: (Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi.” (Ali-İmran surəsi, ayə: 155-dən)
İmam Sadiq (ə) buyurub: “Ühüd döyüşündə Əmirəlmöminin peyğəmbəri (s) müdafiə edən zaman digər əshab qaçdı. O həzrət qəzəbli şir kimi qaçanların arxasınca gedib öncə Ömər ibn Xəttaba çatdı. Ömər, Osman, və Haris ibn Həttabla birlkidə sürətlə qaçırdılar. Həzrət fəryad etdi: “Ey camaat, beyəti sındırıb Peyğəmbəri (s) tənha qoyub cəhənəmə tərəf qaçırsınız?”  
Ömər ibn Xəttab deyir: “Əli gördüm ki, enli qılıncından  ölüm damırdı. Gözləri qəzəbdən iki qədəh qan kimi və ya iki kasa yanar yağ kimi işıq saçırdı. Başa düşdüm ki, əgər bizə çatsa bir hücumda bizi öldürəcək. Ona görə də önə çıxıb ərz etdim: “Ey Əbəl-Həsən! Səni Allaha and verirəm ki bizdən əl çəkəsən! Ərəblərin adətdir ki, gah qaçar gah da hücum edərlər. Hücum edən zaman qaçdığını əvəzini də çıxar. Beləliklə həzrət bizi buraxdı. And olsun Allaha! O həzrətin qorxusu elə ürəyimə girdi ki, indiyədək ürəyimdən çıxmayıb!”
Bu  döyüşdə Əmirəlmöminin (ə) mübarək bədəninə Peyğəmbəri (s) müdafiə etdiyi zaman onun üzünə, başına, sinəsinə, qarnına, əl-ayağına yaralar dəydi. Cəbrail (ə) nazil olub ərz etdi: “ Ey Məhmməd! And olsun Allaha! Əli ibn Əbu Talib muvasatdır. Peyğəmbər (s) buyurub: “ Bu ona görədir ki, mən ondanam və o, məndən.”  Cəbrail (ə), ərz  etdi: Mən də siz ikinizdənəm.” 
 
Həzrət Həmzənin (ə) şəhadəti
 
Hicri təqvimi ilə 3-cü il, şəvvaal ayının on beşinci günü  “Ühüd” döyüşü zamanı  Allah Peyğəmbərinin (s) əziz əmisi cənab Həmzə ibn Əbdülmüttəlib  (ə) şəhid olur. O həzrət, Peyğəmbərin (s) süd qardaşı idi. O iki böyük şəxsin hər biri Suveybə adlı qadının südündən bəslənmişdilər.  
O şücaətli və heybətli bir kişi idi. “Ühüd” döyüşündə Əbu Süfyanın qızı Hind göstərişi ilə Vəhşi tərəfindən öldürülür. Hidn, Bədr döyüşündə atası, qardaşı və əmisinin ölümünə görə öncə Peyğəmbərin (s) anasını məzarını açmaq istəyir.  Lakin qüreyş kafirləri öz ölülərinin məzarını açmaqdan qorxub ona mane olurlar. Ona görə də Vəhşiyə vədələr verib Peyğəmbəri (s), Murtəza Əlini və ya Həmzəni (ə) qətlə yetirmək üçün istiqamətləndirir. Vəhşi deyir: “Peyğəmbər (s) və onun əmisi oğlunu öldürməkdə acizəm. Amma Həmzəni (ə) öldürməyə zəmanət verirəm.” O, döyüş meydanında Həzrət Həmzənin mübarək sinəsinə və ya qarnına bir nizə vurur və o həzrəti şəhid edir. Hində xəbər çatanda o xəbis göstəriş verir ki, o həzrətin sinəsini yarıb, onun mübarək ciyərini çıxarsınlar. Həmzənin ciyərini dişləmək istədikdə onun nəhs dişləri işləmədi. Hind, o həzrətin qulaq, burun və s. xəncərlə ayırıb boynuna asır. (Biharül-ənvar, c. 20, s. 54)
Peyğəmbər (s) Həmzəni o vəziyyətdə görəndə ağlayır, öz mübarək əbasını onun üstünə salır ki,  bacısı Səfiyyə onu bu halda görməsin. Əmirəlmöminin (ə),  Fatimeyi-Zəhra  (ə.s) və Səfiyyə ona ağlayırlar. Peyğəmbər (s) onun mübarək bədəninə namaz qılır və onu Ühüddə dəfn edirlər
 
Həzrət Həmzənin (ə)  şəxsiyyəti və məqamı 
 
Həzrət Həmzənin həyat səhifələrini vərəqlədikdə onun iman və əməl baxımından fəzilətləri və yüksək məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir. Uyğun buyuruqlardan bəzilərini xatırlayaq.
İslam Peyğəmbəri (s) buyurur: «Qardaşlarımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı Həmzədir». 
Başqa bir rəvayətdə oxuyuruq: «Qiyamət günü məhşər səhnəsinə süvari halda daxil olanlardan biri əmim Həmzədir. Allahın və rəsulunun şiri Əzba dəvəyə süvar halda gələr.
İmam Baqir (ə) buyurur: «Ərşin sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin sərvəridir».
İmamlar daim həzrət Həmzənin şəxsiyyətinə, onun və Cəfər Təyyarın nəslindən olduqlarına görə daim fəxr etmişlər. 
Həzrət Əli (ə) uca məqama malik olmasına baxmayaraq, xilafət məsələsi şuraya tapşırılanda Seyyidüş-şühəda Həmzə kimi əmisinin olmasını özünə imtiyaz saymışdır və xəlifənin təyin olunacağı məclisdə buyurur: «Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»
İmam Hüseyn (ə) də öz növbəsində xalqa Həmzənin şəxsiyyəti haqqında danışaraq, onu tanıtdırmaqla xalqın döyüş əhval-ruhiyyəsini gücləndirir. İmam Hüseyn (ə) Kərbəladakı xütbələrində, İmam Səccad (ə) Dəməşq məscidindəki nitqində Həmzə ilə iftixar edir. İmam Baqir (ə) «Əhzab» surəsinin 23-cü ayəsini («Möminlər arasında Allahla bağladıqları əhdə sadiq olanlar var. Onlardan kimisi şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir.) təfsir edərkən buyurur: «Allah ilə elə əhd etmişdilər ki, heç zaman qaçmasınlar. Əhdinə vəfa edən və əcəli çatanlar Həmzə ilə Cəfər oldu. Şəhadətini gözləyən isə Əli (ə) idi.
Allahın Rəsulu (s) buyurmuşdu: «Qiyamət günü mənə dörd bayraq verilər: «Həmd» bayrağını özüm tutaram; «La ilahə illəllah» bayrağını Əliyə (ə) verərəm, o, yüngül hesabdan sonra behiştə daxil olacaq dəstənin önündə gedər; «Əllahu əkbər» bayrağını isə Həmzəyə tapşıraram, o başqa bir dəstənin önündə olar; «Sübhan əllah» bayrağını isə Cəfərə verərəm, onun arxasında bir dəstə insan dayanar. Həmin vaxt ümmətimin şəfaəti üçün onların yanında dayanaram».
İslam Peyğəmbəri (s) hicrətdən sonra müsəlmanlar arasında qardaşlıq əqdi yaradarkən, onları qardaşlaşdırarkən, Həmzə ilə Zeyd ibn Harisə arasında da qardaşlıq əqdi oxuyur.
Seyyidüş-şühəda, yəni «şəhidlər ağası» ləqəbini Həmzəyə Həzrət Peyğəmbər (s) verdi. Hüseyn ibn Əlinin Kərbəlada şəhadətindən sonra bu ləqəb daha çox ona aid edilmişdir.
Cabir ibn Abdullah deyir: «Bir gün Müaviyənin göstərişi ilə Ühüddə quyu qazılırdı. Qazıntı zamanı sanki yenicə basdırılmış Ühüd şəhidlərinin cənazələri üzə çıxdı. Oradakılar hönkürtü vurub ağladılar. Həmin vaxt Ühüd savaşından 40 il ötmüşdü. Həmzənin cənazəsinin bel ilə zədələnmiş ayağından qan axdı».
Peyğəmbər (s) Həmzəyə xüsusi bir məhəbbət bəsləyirdi. «Həmzə» adını o qədər xoşlayırdı ki, övladı üçün ondan ad istəyənlərə bu adı təklif edirdi. Həzrət (s) övladı üçün ad istəyən bir kişiyə buyurdu: «Onun adını «Həmzə» qoy. Bu ad mənim üçün ən əziz adlardandır».
Əbu-Cəhl Məkkədə şirk başçılarından idi. O, cidd-cəhdlə bütpərəstliyi himayə edirdi. Bir gün həzrət Peyğəmbər (s) Səfa dağının yanından keçərkən Əbu-Cəhl onun qarşısını kəsdi, ona və İslama təhqirlər yağdırdı. Nəhayət, yorulub, Kəbəyə doğru getdi və Kəbənin yaxınlığındakı bir dəstə qüreyşlə oturdu. Həzrət Məhəmməd (s) Əbu-Cəhlin bu hərəkətini cavabsız qoydu.
Kəbə yaxınlığında əyləşənlər hələ evlərinə dağılışmamış Həmzə göründü. O daim ova gedər və ovdan qayıtdıqda əvvəlcə Allah evini təvaf edərdi. (təvaf-Kəbənin başına dolanmaq) Kəbə ətrafında adamların toplaşması Həmzəyə təəccüblü göründü. Abdullah ibn Cədanın kənizi Səfa ətəyindəki otağından Peyğəmbərin (s) təhqir olunması səhnəsini görmüşdü. O, özünü Həmzəyə çatdırıb, baş vermiş hadisəni olduğu kimi danışdı. Həmzə möhkəm qəzəbləndi və fəryad çəkərək dedi: «Əbu-Cəhl haradadır?» Həmzənin qəzəbindən qorxuya düşmüş müşriklər Əbu-Cəhli göstərdilər.
Həmzə şir tək Əbu-Cəhlin üstünə şığıdı. Ona macal verməyib, əlindəki kamanla başına bir zərbə vurdu. Əbu-Cəhlin başı yarıldı, üzünü qan bürüdü. Sonra onu yerə yıxıb, ayağını boğazına dirədi və boğmaq istədi. Amma Əbu-Cəhlin ölümü fitnə-fəsada daha da rəvac verərdi. Ətrafdakı adamlar yaxınlaşıb, çətinliklə də olsa, Əbu-Cəhli Həmzənin əlindən aldılar.
Hadisəyə şahid olanlar Həmzənin müsəlmanlığından xəbərsiz olduqları üçün onun bu hərəkətini məzluma kömək, cavanmərdlik kimi yozdular. Onun qəzəbini soyutmaq və İslama qarşı mənfi hisslərini qızışdırmaq üçün dedilər: «Sən ki müsəlman deyilsən, nə üçün Məhəmmədin (s) incidilməsi səni narahat etsin?!» Deyilən sözlər Həmzəni daha da qəzəbləndirdi. Qəlbində aşıb-daşan imanı açıqlamaq zərurəti yaranmışdı. Həmzə öz sirrini açaraq dedi: «Mən müsəlmanam. Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm. And olsun Allaha, imanımdan əl çəkməyəcəm. 
Əgər gücünüz varsa, mənim qabağımda dayanın. Həmzənin sözləri müşrikləri elə yandırdı ki, ona hücum etdilər. Amma dağ tək əzəmətli Həmzəni yerindən tərpətmək müşkül bir iş idi. Əbu-Cəhl də hücum edənlərin qarşısını almağa çalışdı. O, işin sonundan qorxur və canını təhlükəyə atmaq istəmirdi.
Həmzənin öz müsəlmanlığını açıqlaması bir sıra dəyişikliklərə səbəb oldu. Peyğəmbərin (s) mövqeyi möhkəmləndi, qüreyşin planları alt-üst oldu, Həzrətin (s) qəlbini isitdi.
Həmzənin qəzəbi soyuduqdan sonra qəlbini sakitləşdirmək, imanını möhkəmləndirmək üçün Peyğəmbərin (s) yanına gəldi və ərz etdi: «Dediklərin həqiqətdirmi?» Həzrət (s) buyurdu: «Bəli» və Həmzə üçün bir neçə ayə oxudu. Eşitdiyi Allah kəlamları Həmzənin qəlbinə sığal çəkdi və imanını gücləndirdi.
Həmzə həzrət Məhəmmədə (s) dedi: «Dinini aşkarla. And olsun Allaha, istəmirəm ki, səmanın kölgə saldığı şey mənim olsun və keçmişdəkilərin ayinində qalım. Həzrət Peyğəmbər (s) ona dua etdi və Allahdan istədi ki, Həmzənin imanını möhkəmləndirsin.
Həmzənin izhar etdiyi müqəddəs qeyrət, onun peyğəmbər və İslamı himayəsi, Əbu-Cəhlin təhqirlərinə layiqli cavab verməsi tərifəlayiqdir. İmam Səccad (ə) bu qeyrət və əzmi mədh etmiş, Həmzənin uyğun münasibətlərini onun behiştə daxil olması üçün amil saymışdır. 
Həmzə İslam ayinlərinə əqidəsini aşkarladıqdan sonra qüreyş anladı ki, Peyğəmbərin (s) müdafiə gücü artmışdır. Bu 
səbəbdən də Peyğəmbərə qarşı pisliklərini bir qədər məhdudlaşdırdılar. Bu hadisə Əbu-Talibi də çox sevindirdi. O, Həmzənin əzm və iradəsi haqqında şer də qoşdu.
İslamın başlanğıc dövründə Həmzənin himayədarlığı əhəmiyyətli rol oynadı. Onun şücaəti məsum imamların da diqqət mərkəzində olmuşdur. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Həmzənin yoxluğu daha çox hiss olunur. Hətta xilafət qəsb olunduğu vaxt Əmirəl-möminin (ə) Həmzəni xatırlayaraq buyurur: «And olsun Allaha, əgər Həmzə və Cəfər sağ olsaydılar, heç vaxt filankəs xilafətə tamah salmazdı. Amma  nə edim ki, Əqil və Abbasla qalmışam!» Həzrət (ə) Səqifənin səhəri gün Həmzə və Cəfəri yardıma çağırır, «Ey Cəfər, ey Həmzə», deyə fəryad edir.
Sudəyr deyir: İmam Baqirin (ə) yanında idim. Peyğəmbərin (s) vəfatından sonrakı dövrdən söhbət düşdü. Deyildi ki, həmin vaxt Əliyə (ə) yardım edilmədi. Bir şəxs imamdan soruşdu ki, bəs bəni-Haşimin gücü-qüvvəsi harada idi ki, imama yardım göstərilmədi. Həzrət (ə) buyurdu: «Bəni-Haşimdən kim qalmışdı ki? Cəfər və Həmzə şəhadətə yetişmişdi, Abbas və Əqil isə gücsüz idi. Bir də onların müsəlmanlığından elə də böyük müddət ötüşməmişdi. And olsun Allaha, Həmzə və Cəfər sağ olsaydılar, həmin iki şəxs (iki xəlifə) arzusuna çatmazdı. Onlar canlarını fəda edərdilər ki, həmin vəziyyət yaranmasın».
İmam Baqirin (ə) dilindən nəql olunmuş bu sözlər həzrət Seyyidüş-şühədanın vücudundakı imanın dərinliyini, yüksək rəşadətini və Allahın rəsulunu himayəsini açıq şəkildə göstərir. İslamın ilkin qəribçilik dövrlərində Həmzə öz himayəsini ondan əsirgəmədi. Həzrət Peyğəmbərin (s) evinin qabağına çirkab tökmək Əbu-Ləhəbin adəti idi. Bir dəfə Həmzə Əbu-Ləhəbin bu işinə şahid olur. Həmin çirkabı götürüb Əbu-Ləhəbin başına tökür. Əbu-Ləhəb üz-gözündən çirkabı təmizləyə-təmizləyə «axmaq təkallahlı» deyir. Sonralar başqalarını bu işə təhrik etsə də, özü bir daha belə rəftara cürət etmir.
Həmzənin peyğəmbərlə yaxınlığı möminlərin ümidini artırırdı.  
 
Maide.az
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:37
06:57
12:25
18:07
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.