Seyyid Həsən Nəsrullah Nuri əl-Malikini qəbul etdi

 İraqın vitse-prezidenti Nuri əl-Maliki Livanda Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullahla görüşüb, - “Haber7”.
 
Hizbullahın mətbuat xidmətindən verilən açıqlamaya görə, Maliki və Nəsrullah görüşündə İraq, Suriya, Livan və Fələstindəki son vəziyyət müzakirə olunub.
 
Müzakirədə region xalqlarını və hökumətləri təhdid edən proseslərə dini və siyasi liderlərin nələr edə biləcəyi təkliflər irəli sürülüb. Hər iki tərəf "Təkfirçi-vəhhabi İŞİD terror təşkilatına qarşı mübarizədə xalqın dəstəyinə arxalanan region dövlətlərinə tamamilə güvənməyin lazım olduğunu" ifadə ediblər.
 
İraq vitse prezidenti Nuri əl-Maliki ötən həftə xüsusi avia reys ilə Livanın paytaxtı Beyruta gəlib. Malikini Rafiq Həriri Aeroportunda Hizbullahın  səlahiyyətli şəxsləri qarşılayıb. deyerler /

Google+ WhatsApp ok.ru