Seyyid Həsən Nəsrullah: `Bəli, Hərəmeyn təhlükədədir, amma bu təhlükə Yəməndən deyil, Səudiyyənin öz içindəndir`

Livanın Hizbullah təşkilatının baş katibi Seyyid Həsən Nərsullah ötən gün Livanda Yəmənə dəstək məqsədilə keçirilən mitinqdə çıxışı zamanı bildirib ki, biz bura toplaşmışıq ki, Səudiyyəlilərin və Amerikanın Yəmən təcavüzünü pisləyək və Yəmən xalqı ilə öz həmrəyliyimizi nümayiş etdirək. 
Maide.az xəbər verir ki, H.Nəsrullah bildirib ki, Səudiyyə rejimi boş bəhanələrlə Yəmənə hücum edib. “Bu müharibənin əsas məqsədi Səudiyyə rejiminin Yəmənə nəzarəti tam ələ almasıdır”.
H.Nəsrullah deyib ki, Səudiyyə rejiminin Yəmənə hücumunu ərəblərin şəxsiyyətinin qorunması məqsədi ilə atıldığını iddia edənlərə səslənirəm və deyirəm ki, Yəmən xalqı əsl ərəbdirlər. Bu gün Yəmənə təcavüz edənlər gərək ərəb və müsəlman olduqlarını sübut etsinlər. 
Seyyid Həsən Nəsrullah Yəmənə olan hücumun şiə və sünni müharibəsi adlandıranlara cavab verib və deyib ki, bu gün heç kəs qəbul etmir ki, bu müharibə şiə və sünni müharibəsidir. Hamı çox yaxşı bilir ki, bu Səudiyyə rejiminin Yəmənə təcavüzüdür və siyasi məqsədlərlə atılıb. 
Səudiyyə və bir sıra ərəb ölkələrinin Yəmənə hücum bəhanəsi olaraq məhz Kəbə və Mədinəni qorumaq iddiasını ortaya atıblar. “Bildirməliyəm ki, ilk növbədə Kəbə və Mədinəni Səudiyyə Ərəbistanın vəhhabi mədəniyyətindən və düşüncəsindən yaranmış İŞİD hücumla hədələyib.  Kəbə və Mədinəyə təhlükə həqiqətən də olsa da, bu təhlükə Yəmən tərəfindən deyil, məhz Səudiyyənin özü tərəfindəndir. Əgər tarixə nəzər salsaq görəcəyik ki, vəhhabilər Mədinə şəhərində bütün islami əsərləri dağıdıblar”./
 

Google+ WhatsApp ok.ru