Seçici səslərinin 99 faizi yoxlanılıb

Seçici səslərinin 99 faizi yoxlanılıb

-- Vladimir Putin 76,65 faiz səslə liderdir

Seçici səslərinin 99 faizi sayılıb, hazırki prezident Vladimir Putin seçici səslərinin 76,65 faizini toplayıb.
 
Maide.Az  TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
 
Ümumilikdə Rusiyada seçkilərdə səsvermə prosesi 22 saat davam edəcək. Seçki məntəqələri yerli vaxtla saat 8-də açılıb, 20:00-da bağlanacaq. İlk olaraq Kamçatka, son olaraq Kalininqrad əhalisi səs verir.
 
Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasının namizədi Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar.
 
"The Guardian" yazır ki, Vladimir Putinin dördüncü müddətə prezident seçiləcəyinə heç kim şübhə etmirdi. İndi Qərdbdə onu bəziləri Putin 4.0 adlandırırlar. Yəni Putin nömrə 4.
 
Ötən 6 il Rusiya və Qərb arasında münaqişəni daha da dərinləşdirib. Lakin buna baxmayaraq Putin özünün 3-cü müddətindən 2012-ci ildə olduğundan daha güclü çıxa bilib.
 
O Rusiyanın böyüklüyünü bərpa etməyə çalışdığını bəyan edərək, bu yolda hətta Krımın ilhaqı kimi ziddiyyətli addımlara əl atıb və bütün opponentlərinə qalib gəlib.
 
Lakin indi Kremlə yaxın olan mənbələr də təsdiq edirlər ki, Putinin bu müddətdəki əsas vəzifəsi özü üçün çıxış variantı hazırlamaq olacaq.
 
Moskvadakı Carnegie Mərkəzindən jurnalist və təhlilçi Konstantin Gaaze bildirir ki, Putinin növbəti müddət üçün ən böyük vəzifəsi "özünün və onu əhatə edən böyük bir insan dəstəsinin gələcək üçün təhlükəsizliyini təmin etmək olacaq".
 
"Məncə bunun ən asan yolu özünü ömürlük prezident elan etmək olacaq" - Gaaze deyib.
 
 

Google+ WhatsApp ok.ru