İshaq Cahangiri: “Əhməd Davudoğlunun İrana səfəri iki ölkənin əlaqələrində dönüş yaradacaq”

Yaxın vaxtlarda iki ölkənin əlaqələrinə mane olan məsələləri müzakirə etmək və aradan qaldırmaq məqsədi ilə İran və Türkiyənin hökumətlərarası komissiyasının iclası keçiriləcək”.
 
APA-nın İran bürosunun məlumatına görə, bunu İranın I vitse-prezidenti İshaq Cahangiri Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. İ.Cahangiri bildirib ki, İran və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 30 milyard dollar səviyyəsində proqnozlaşdırılıb: “Türkiyə  turizm sahəsində önəmli ölkələrdəndir. Hər il  bir milyon yarımdan çox iranlı  bu ölkəyə səfər edir. Əlbəttə biz ümid edirik ki, Türkiyə vətəndaşları da İrana səfər edəcək və İranda sərmayə yatıracaq”.
 
İ.Cahangiri Ə. Davudoğlunun İrana səfərinin önəmli olduğunu xatırladıb, deyib ki, bu səfər iki ölkənin əlaqələrində dönüş nöqtəsi ola bilər: “İran və Türkiyə iki yaxşı qonşu ölkədir ki, həmişə müxtəlif sahələrdə yüksək səviyyəli əlaqələri olub. Ədalət və İnkişaf Partiyası Türkiyədə iqtidara gəldikdən sonra iki ölkə arasında əlaqələr müqayisə olunacaq dərəcədə inkişaf edib. İran və Türkiyənin müştərək mənafeyi regionda təhlükəsizlik və sabitliyin bərqərar olmasıdır”./
 

Google+ WhatsApp ok.ru