Sibirdə yol qəzasında azı 10 nəfər ölüb

Sibirdə yol qəzasında azı 10 nəfər ölüb

-- həlak olanlar arasında uşaqlar var

Sibirin Xanti-Mansiisk muxtar regionunda iki maşının toqquşması nəticəsində dörd uşaq daxil olmaqla, azı 10 nəfər həlak olub.
 
Interfax xəbər agentliyi regional yol polisinin sözçüsünə istinadla xəbər verir ki, yol qəzası Xanti Mansiisk- Nyaqan magistral yolunda baş verib.
 
Rəsmilərin sözlərinə görə, Mazda 6 və Renault Duster toqquşub, sürücülərdən birinin sükana nəzarəti itirdiyi qeyd olunur.
 
Qəzada ölən uşaqlardan birinin heç bir yaşı yox imiş.
 

Google+ WhatsApp ok.ru