Sidik ifrazı sistemi  Böyrəklərdə daşların olmasını göstərən 5 SİMPTOM

Sidik ifrazı sistemi Böyrəklərdə daşların olmasını göstərən 5 SİMPTOM

Bir çox hallarda insan müəyyən vaxta qədər özündə böyrək daşı xəstəliyindən xəbərsiz olur. Daşlar böyüdükcə, yerini dəyişdikcə böyrək daşı xəstəliyinin simptomları meydana çıxır.

Xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlara, o cümlədən böyrək çatışmamazlığına səbəb ola bilər.

Böyrək daşı xəstəliyinin simptomları:

- Bel nahiyəsində ağrılar

Əvvəllər ağrı küt olur, xəstəlik inkişaf etdikcə ağrı üzücü xarakter daşımağa başlayır. Ağrı həm bir, həm də ikitərəfli ola bilər. Ağrı fiziki yükləmələr zamanı artır. Ağrı qasıq nahiyəsində, cinsiyət orqanlarına, qarının aşağı hissəsinə yayıla bilər.

Daha ağır vəziyyətlərdə daş sidik axarını tuta bilər ki, bu da böyrək tutmasına səbəb olur. Böyrək tutması  zamanı ağrı çox güclü olur, beldə əmələ gəlir və sonra qarının aşağı hissəsinə, cinisyyət orqanlarına yayılır. İnsan ağrıdan özünə yer tapa bilmir, bir vəziyyətdə qala bilmir, çapalayır. Böyrək tutması ürəkbulanması, qusma, tərləmənin artması, hərarətin yüksəlməsi, sidik ifrazının artması və ağrılı olması kimi simptomlarla müşayiət oluna bilər.

- Sidik ifrazının dəyişilməsi

Böyrək daşı xəstəliyi zamanı sidik ifrazının tezliyi artır, sidik ifrazı ağrılı olur, yandırma hissi ilə müşayiət olunur. Sidik bulanıq olur, sidikdə selik, qan izləri ola bilər.

- Hərarətin artması

Bu simptom böyrək daşı xəstəliyinin ağırlaşmasını, iltihabın birləşməsini göstərir. Bu çox təhlükəli simptomdur.

- Arterial təzyiqin artması

Böyrəklər orqanizmdə arterial təzyiqini tənzimləyir. Böyrəklərin fəaliyyətinin pozulması arterial təzyiqin artmasına səbəb olur. Məhz bu səbəbdən yüksək arterial təzyiqdən şikayətlənən xəstələrə həkimlər böyrəkləri müayinə etməyi tövsiyə edirlər.

- Sidik ifrazının olmaması

Bu böyrək daşı xəstəliyi zamanı ən təhlükəli vəziyyətlərdən biridir. Bunun səbəbi böyrək daşları ilə sidik yollarının tam tutmasıdır. Bu vəziyyət bir neçə gün ərzində davam etdikdə xəstə həlak ola bilər. (saglamolun.az) /

Google+ WhatsApp ok.ru