Sidney Universitetində islamofobiya əleyhinə etiraz aksiyası – FOTO

Sidney Universitetində islamofobiya əleyhinə etiraz aksiyası – FOTO

Ötən gün Avstraliyanın Sidney Texnologiya Universitetinin tələbələri islamofobiya əleyhinə etiraz aksiyası keçirib. 
 
Maide.Az “Daily Mail”-a istinadən xəbər verir ki, etiraz aksiyası universitetdə dörd müsəlman qıza hücumun ardınca baş tutub. Belə ki, iki həftə öncə 39 yaşlı bir xanım universitetdə təhsil alan 18-23 yaşlı dörd hicablı müsəlman xanıma hücum etmişdi. Hücum zamanı hicablı xanımlar bədən xəsarəti almışdır. 
 
Hücum edən 39 yaşlı xanım polis tərəfindən saxlanılıb. 
 
Hücumun ardınca Sidney Universitetində təhsil alan tələbələr və müəllimlər aksiya təşkil edərək universitetin müsəlman tələbələrinə öz dəstəklərini nümayiş etdirərək islamofob hərəkətləri pisləyib. 
 
Tələbələr təbaşirlə yerdə asfalt üzərinə irqçilik və islamofobiya əleyhinə, eləcədə müsəlmanlara dəstək üçün şüarlar yazıb. 
 
Etirazçılar həmçinin üzərində irqçilik və islamofobiya əleyinə şüarlar yazılmış plakartlar daşıyırdı. /
 
راهپیمایی اعتراضی علیه اسلام‌هراسی در دانشگاه سیدنی
 
راهپیمایی اعتراضی علیه اسلام‌هراسی در دانشگاه سیدنی
 
راهپیمایی اعتراضی علیه اسلام‌هراسی در دانشگاه سیدنی

Google+ WhatsApp ok.ru