Silahlılar Əfqanıstan prezidentinin avtomobil kortejinə hücum ediblər

C.Nəzərov. Silahlılar Əfqanıstan prezidenti Həmid Kərzayın avtomobil kortejinə hücum ediblər.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, hadisə ölkənin şərqində yerləşən Paktiya əyalətində baş verib.

İlkin məlumatlarda hücum nəticəsində dövlət başçısının mühafizə xidmətinin dörd əməkdaşının yaralandığı bildirilir.

Google+ WhatsApp ok.ru