Silahlı Qüvvələrdə qana olan tələbat tam təmin edilir 04 Aprel 2016 01:00 Hərb Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir. Maide.az xəbər verir ki, bu barədə məlumat verən hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev bildirib ki, hazırda bütün qan və qan komponentləri Qan Bankı bölməsində var. Lazım olan vasitələrlə təmin etmək üçün bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir. "Ümumiyyətlə Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur", - deyə K.Quliyev vurğulayıb. Müdafiə Nazirliyi bir daha xatırladır ki, baş verən hər bir hadisə ilə bağlı nazirliyin rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yerləşdirilir. Hadisələr barədə ancaq rəsmi məlumatlardan istifadə etmək daha məqsədəuyğundur. Teqlər : #Silahlı Qüvvələrdə qana olan tələbat tam təmin edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi: Ermənistan ordusunun pilotsuz uçuş aparatı məhv edilib SİPRİ: Azərbaycan hərbi xərclərini artırıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'