Silsilə oğurluqlar edən 13 yaşlı yeniyetmə tutulub

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci və 2-ci polis bölmələrinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Ruslan Qurbanov saxlanılıb.
 
Müəyyən edilib ki, o, 2013-cü il oktyabrın 30-da Gündüz Bağırova məxsus, Ordubadi küçəsində yerləşən mağazadan, qapını sındırmaq yolu ilə 300 manat, dekabrın 28-də isə Binə qəsəbəsində Tofiq Məmmədovun evindən maqnitofonun səs gücləndiricilərini oğurlayıb.
 
Qeyd olunub ki, həmin şəxs bu il martın 1-də Binə qəsəbəsində  Hamlet Ağayevə məxsus mağazadan mobil telefonu və içərisində 500 manat olan pul kisəsi, martın 22-də Mərdəkan qəsəbəsində yerləşən mağazada, orada işləyən Aybəniz Qədimovanın içərisində 325 manat, 1 ədəd boyunbağı və 2 ədəd üzük olan pul qabı, aprelin 7-də Binə qəsəbəsi südçülük sovxozunda Xalıd Qafarova məxsus mağazadan, plastik qapını sıxıb açmaqla 280 manat, ərzaq malları və danışıq kartları, aprelin 27-nə keçən gecə, Cəmşid Pənahova məxsus Mərdəkan qəsəbəsi yerləşən mağazadan, qapının kilidini sındırmaq yolu ilə 288 manat və tütün məmulatları, iyunun 24-nə keçən gecə isə Bahadur Abdullayevə məxsus Hüseynov küçəsində yerləşən mağazadan, plastik qapını açma yolu ilə pul, ət mağazasının qarşısından isə bir baş iri buynuzlu heyvan oğurlayıb.

Google+ WhatsApp ok.ru