Sinoptiklər 40 dərəcə isti olacağı barədə xəbərdarlıq ediblər

Sinoptiklər 40 dərəcə isti olacağı barədə xəbərdarlıq ediblər

Ekologiya Nazirliyinin sinoptikləri həftə sonu dəhşətli istilər barədə xəbərdarlıq ediblər. Belə ki, iyunun 13-də və 14-də Bakıda və Abşeronda hava 40 dərəcəyə qədər isinəcək. Həmin günlər ölkənin aran rayonlarında temperatur +42 dərəcəyə qədər yüksələcək.
 
Bu günlərdə ölkənin bəzi dağlıq şimal rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
 
Qeyd edək ki, iyunun 14-də və 15-də paytaxtda və bir sıra digər böyük şəhərlərdə sərt karantin tətbiq ediləcək və evdən çıxmaq qadağan olacaq.

Google+ WhatsApp ok.ru