Sinqapurda dünyanın ilk halal lüğəti nəşr olunub

Dünya ölkələrində halal turizmdən istifadə geniş yayılıb. Müsəlman və  qeyri-müsəlman ölkələrdə halal turizm sahəsində çalışan şirkətlər, hotellər, restoranlar və hava limanlarında  istifadə məqsədi ilə Sinqapurda dünyanın ilk halal lüğəti nəşr olunub.

Maide.az xəbər verir ki,  izahlı lüğət halal bazarda istifadə olunan 150 sözü özündə cəmləşdirib. Gələcəkdə bu lüğət inkişaf etdiriləcək. Lüğət elektron kitab formasında internetə də yerləşdirilib və onun yüklənməsi pulsuzdur.  Lüğətin ilk nüsxəsi ingilis dilində hazırlanıb və yaxın gələcəkdə digər dillərə də nəşr olunacaq.

Qeyd edək ki, dünyanın 47 ölkəsində aparılmış araşdırmalar göstərir ki, halal turizm sahəsində inkişaf var və proqnozlaşdırılır ki, 2020-ci ilədək bu bazarın dəyəri 192 milyard dollardan çox olacaq./

 

Google+ WhatsApp ok.ru