Sintetik izlər gələcək təhlükəsizlik sistemləri üçün əsas olacaq

Sintetik izlər gələcək təhlükəsizlik sistemləri üçün əsas olacaq

Cənubi Koreyanın Vuk Parkın rəhbərliyi ilə Kyunq Hi Universitetinin tədqiqatçılar qrupu gələcək təhlükəsizlik sistemlərinin əsasını təşkil edəcək texnologiya hazırlayıb. Onlar təsadüfi şəkildə əldə edilən və barmaq izlərini xatırladan naxışlar icad ediblər. Belə sintetik izlər unikaldır və təkrar yaradıla bilməz ki, bu da təhlükəsizliyi təmin edir. V.Park əmindir ki, gələcəkdə texnologiya praktiki tətbiq olunacaq.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, izlərin əldə edilməsi üçün Cənubi Koreya tədqiqatçıları plastik parçasını nazik silisium oksidi ilə örtdükdən sonra etanolda isladaraq qurumağa qoyub. Nəticədə unikal naxışlar yaradan silisium-dioksidi əmələ gəlib. Maraqlıdır ki, izin təsadüfən yaranmasına baxmayaraq mütəxəssislər çıxıntının harada yaranacağını müəyyənləşdirmək üçün prosesi nəzarət altında saxlamağı mənimsəyib. Bunun üçün onlar ultrabənövşəyi sulardan istifadə edib. Şüanın düşdüyü yerlərdə naxış qırılıb, əyilib və ya yayılıb.
 
Tədqiqatçılar əmindir ki, prosesin idarə edilməsi imkanı məlumatların ötürülməsinin mühafizəsi üçün faydalı ola bilər. Hissəciklər qrupunu eyni şüalanmaya məruz qoymaqla oxşar nöqtələrə malik müəyyən edilmiş dəst yaradılacaq və hər sonuncu iz unikal olacaq.
 
Hazırda alimlər yaradılan izin oxunması üçün kompakt skanerin hazırlanması ilə məşğuldur. Texnologiyanın gələcəkdə kütləvi şəkildə yayılmasını isə zaman göstərəcək. /

Google+ WhatsApp ok.ru