Sionist qüvvələri fələstinlilərə atəş açıb: 5 nəfər ölüb

Sionist qüvvələri fələstinlilərə atəş açıb: 5 nəfər ölüb

İordan çayının qərb sahilində Ramallah şəhərinin şimalında sionist qüvvələri fələstinlilərin maşınına atəş açıb. Nəticədə bir gənc həlak olub, daha 4-ü yaralanıb.
 
Bildirilib ki, Ramallahın şimalında fələstinlilərin əl-Hələzun düşərgəsi yaxınlığında İsrail rejimi qüvvələri tərəfindən fələstinlilərin maşınına atəş açılıb.
 
Nəticədə evin tək oğlu olan 17 yaşlı Muhamməd Mahmud Həttab adlı bir fələstinli gənc həlak olub və daha 4 fələstinli ağır yaralanıb.
 
Sionist qüvvələri onları odlu silahla sinədən və başdan hədəfə alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
 
Qeyd edək ki, sözügedən bölgədə işğal edilmiş ərazilərdə çoxlu sayda yəhudi yaşayış massivləri salınıb. Onların fələstinlilərdən "qorunması" üçün 6 metrlik hündür beton hasarlar çəkilib və müşahidə qüllələri qoyulub. Əkin sahələri və iş yerləri hasarın digər tərəfində qalan fələstinlilər ora yaxınlaşanda müxtəlif vasitələrlə hədəfə alınır. (islaminsesi) /

Google+ WhatsApp ok.ru