Sionist rejim 2016-cı ildə işğal etdiyi Fələstin torpaqlarında  tikinti işlərini 40 faiz artırıb - FOTO

Sionist rejim 2016-cı ildə işğal etdiyi Fələstin torpaqlarında tikinti işlərini 40 faiz artırıb - FOTO

Rəsmi statistika göstərir ki, sionist rejim 2016-cı ildə Fələstinin işğal olunmuş ərazilərində tikinti işlərini 40 faiz artırıb.
 
“Maide” xəbər verir ki, işğalçı rejim 2016-cı ildə Fələstinin işğal olunmuş ərazilərində 2015-ci illə müqayisədə 700 ev artıq tikib.
 
İşğalçı rejimin Statistika Mərkəzinin rəqəmlərinə əsasən, sionist rejim ötən il işğal olunmuş Qərb Şəriyədə 2630 ev  tikib. 
 
“Peace Now” qeyri-hökumət təşkilatının məlumatına görə, sionist rejim son 15 ildə ən çox tikinti işlərini 2013-cü ildə aparıb. Həmin il 2874 ev  tikib. Yeni rəqəmlər görstərir ki, işğalçı rejim şəhərciklərin sayını artırmaqda yeni mərhələyə qədəm qoyub. 
 
Qeyd edək ki, 2001-ci ildən orta hesabla hər il 1790 yaşayış evi Qərbi Şəriyədə tikilir. Bu rəqəmlər Beytül-Müqəddəsin şərqində aparılan tikintilərə aid deyil. /
 
تصویری از شهرک اسرائیلی میگدال اوز در شمال شهر الخلیل در کرانۀ اشغال‌شدۀ باختری (عکس از خبرگزاری فرانسه)
 
تصویری از کارگران فلسطینی که در زمین‌های خود در نزدیکی شهرک اسرائیلی میگدال اوز فعالیت می‌کنند، 19 اسفند 1395

Google+ WhatsApp ok.ru