Sionist rejim həbsxanalarında fələstinli xəstə əsirlərin vəziyyəti çox ağırdır

Sionist rejim həbsxanalarında fələstinli xəstə əsirlərin vəziyyəti çox ağırdır

-- 17 aprel “Fələstinli əsirlər günü”

Fələstinin rəsmi mənbələri sionist rejim həbsxanalarında fələstinli xəstə əsirlərin vəziyyətinin çox ağır olduğunu bildiriblər.
 
Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, Fələstin Milli Məclisinin qərarı ilə 17 aprel tarixi “Əsirlər günü” kimi qeyd olunur. Bu münasibətlə verilən rəsmi statistikalar göstərir ki, sionist rejim həbsxanalarında 1800 fələstinli xəstə əsir saxlanılır. 
 
Məlumata görə, sionist rejim başçıları fələstinli xəstə əsirlərə müalicə icazəsi verməyərək, sakitləşdirici dərmanlar verməklə kifayətlənirlər.
 
Fələstinin Məhbuslar və Əsirlər Nazirliyinin verdiyi statistikaya görə işğalçı İsrail rejim həbsxanalarında hazırda 6500 fələstinli həbsdə saxlanılır. 
 
Fələstinli əsirlər arasında 62 qadın, yaşı 18-dən az olan 350 yeniyetmə və uşaqlar, altı parlament üzvü var. Bundan başqa, 500 fəlsətinli heç bir ittiham irəli sürülmədən və mühakimə olunmadan həbsdə saxlanılır. 
 
12 fələstinli məhbus isə 30 ildən artıqdır ki, həbsdədir.
 
Qeyd edək ki, 1974-cü ildə Fələstin Milli Məclisinin qərarı ilə 17 aprel tarixi “Əsirlər günü” kimi təsdiq olunub. Bu səbəbdən, o ildən sonra hər il bu tarixdə fələstinli əsirlərlə həmrəylik məqsədi ilə müxtəlif tədbirlər keçirilir və maarifləndirmə işləri təşkil olunur.  
 
Xatırladaq ki, sionist rejimi İordan çayının qərb sahilində və eləcə də, Qəzzada hər günə orta hesabla 13-15 fələstinlini qondarma ittihamlarla həbs edir.

Google+ WhatsApp ok.ru